Yunanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb
Yunanıstanda dünəndən bəri davam edən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 2-yə çatıb.
Sonxeber.az xəbər verir ki, Yunanıstan Xilasetmə Qrupunun verdiyi açıqlamaya görə, Maqnisiyada yaşlı bir adamın cəsədi sel sularından çıxarılıb.
Belə ki, ötən gün ölən 70 yaşlı adamla ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.
Daşqın bölgəsində itkin düşdüyü bildirilən 80 yaşdan yuxarı 3 nəfər axtarış-xilasetmə qruplarının səylərinə baxmayaraq hələ də tapılmayıb.
Dünən başlayan və bu gün də davam edən leysan sonrasında baş verən daşqın və daşqınlar bir çox sağlamlıq ocağını və xəstəxananı da təsir altına alıb.
Volos, Larisa, Karditsa və Trikala şəhərlərində bir çox xəstəxana və sağlamlıq mərkəzlərində səhiyyə xidmətləri dayandırılıb, Volos Qocalar Evi də boşaldılıb.
Bölgədə nəqliyyat çətinləşərkən, Pilioda asfalt yol daşqın səbəbindən çökərək ikiyə bölünüb. Bir çox yollar nəqliyyat üçün bağlanıb. Rayonda su və elektrik enerjisinin kəsilməsi davam edir.
Meteoroloqların proqnozlarına görə, ölkə ərazisində yağıntılar cümə axşamı axşama qədər davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 829 Tarix: 06 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran bu ölkədən təzminat tələb edir
Tehran İran gəmisində insidenlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya almaq niyyətindədir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. O, vurğulayıb ki, əgər Ukrayna hücum nəticəsində dəyən ziyanı ödəməsə, İran cavab tədbirləri görəcək. "Ukrayn
10 avqustİstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto
İstanbulda Lətifə İbadova adlı azərbaycanlı qadın yaşadığı evdə ölü tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən aşkarlanan 57 yaşlı qadının meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Bununla belə, evdəki masanın üzərində narkotik vasitənin tapıldığ
10 avqustLivanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları
11 avqustBritaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib
Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraş və onun müavini Riçard Tays bank əməliyyatları barədə məlumatların KİV-ə sızması ilə əlaqədar Milli Cinayət Agentliyinə (NCA) qarşı İngiltərə və Uels Ali Məhkəməsində iddia qaldırıblar. "Report" xəbər verir ki, bu barədə "Th
9 avqust