YAP-ın Goranboy rayon təşkilatının sədrinin oğlu 220 min dollarıq dələduzluqda ittiham olunur
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə barəsində həbs qətimkan tədbiri seçilib.
O, hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır.
Gununsesi.info-ya daxil olan məlumata görə, Şamil Cəfərzadə Cinayət Məcəslləsinin 178.3.3-ci maddəsi (dələduzluq) ilə ittiham olunur. Onunla bağlı şikayət üzrə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb.
Zərəçəkmiş şəxs Mamedov Farxad Salam oğlu təqsirləndirilənin dayısıdr, o Rusiya vətəndaşıdır və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayır.
O, öz vəsaiti hesabına "Khazar Fish" MMC və "Onestyle" MMC təsis edib. Onun dəstəyi ilə Şamil Cəfərzadə hər iki hüququ şəxsin təsisçisi və direktoru olub. Şikayətçi bildirib ki, Ş. Cəfərzadə və atası Elçin İsmayılova 220 min ABŞ dolları verib.
Amma 2018-2019-cu illərdə Ş.Cəfərzadə həmin vəsait hesabına şirkət üçün alınan yük maşınlarını sataraq əldə olunan vəsaiti talayıb. O, Bakı şəhərində mənzillər və avtomobillər alıb.
Şikayətdə qeyd olunub ki, YAP sədri isə oğlu ilə şirkətə məxsus avtomobillərdə dəfələrlə xarici ölkələrdə olub.
Zərərçəkmiş Memedov Farxad Salam oğlu Rusiya Federasiyanın Tallin şəhərində yaşayır. Təqsirləndirilən şəxs Cəfərzadə Şamil Elçin oğlu zərərçəkmiş şəxsin bacısı oğludur. Şamil Cəfərzadənin adına "Khazar Fish" MMC və "Onestyle" MMC təsis olunmuş, hər iki hüquqi şəxsin təsisçisi və direktoru Şamil olmuşdur.
Gununsesi.info-nu bilgiləndirən mənbə onu da bildrib ki, Elçin İsmayılov oğluna haqsız olaraq həbs olunması ilə bağlı Baş prokurora məktub yazıb.
O, Kamran Əliyevdən Şamil Cəfərzadənin istintaqının Bakı Şəhər Baş Polis idarəsindən alınaraq Respublika Prokurorluğuna verilməsini xahiş edib.
Mənbə bildirib ki, YAP sədrinə qarşı Goranboyda başqa ittihamlar da var.
Onlardan biri də şəhid ailələri ilə məsələdir.
Mənbə bildirib ki, yaxın günlərdə E.İsmayılovun məsələsinə hakim partiyanın nəzarət təftiş orqanında baxılması gözlənilir./Gununsesi.info
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1548 Tarix: 08 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabr