"Azərenerji"nin 800 min manatlıq tenderini FHN-nin bu generalının oğlu uddu

"Azərenerji"nin 800 min manatlıq tenderini FHN-nin bu generalının oğlu udduAzərenerji" ASC tərəfindən keçirilən tender müsabiqəsini qalibi "ATL Tech" MMC (VÖEN – 2002575181) olub.
"ATL Tech" MMC "Azərenerji" ASC-yə qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sistemini satacaq və qarşılığında 778 min 800 manat alacaq.

Məlumat üçün bildirək ki, "ATL Tech" MMC 22.02.2013-cü il tarixində "Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3" ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.
Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, şirkətin 2 həmtəsisçisindən biri fövqəlada hallar nazirinin (FHN) birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi blogunda yazır ki, "ATL Group"-un təsisçisi və icraçı direktorudur. Qrupa "ATL Academy", "ATL Tech", "ATL Consulting", "ATL SMS", "ATL Trading" və "Əjdaha" fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.

General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun təsisçisi olduğu "ATL Tech" MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.

"ATL Tech" MMC FHN tərəfindən 2021 və 2022-ci illərdə keçirilən ümumi dəyəri 2 milyon 202 min manat olan 7 tender müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində "dövlət satınalmalarında maraqların ziddiyyəti"nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir./Ekonominfo.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3088   Tarix: 08 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr