Rus bölməsində nəzarət gücləndirilir: Şagirdlər Azərbaycan dilində imtahan verəcəklər

Rus bölməsində nəzarət gücləndirilir: Şagirdlər Azərbaycan dilində imtahan verəcəklərAzərbaycanda tədrisin digər dillərdə aparıldığı siniflərdə bir sıra fənlər dövlət dilində keçiriləcək. Bununla bağlı tədbirlər planı hazırlanıb. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirilən mətbuat konfransında prosesin bir sıra detallarını açıqlayıb.

Nazir çıxışında xüsusilə rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilində danışa bilməməsini tənqid edib. "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir", - deyə o bildirib. Emin Əmrullayev bununla bağlı nəzarət tətbiqinin artırılacağını və 9 il Azərbaycan dili keçən uşaqların Azərbaycan dilində danışa bilməmələrinin səbəbinin araşdırılacağını vəd edib. Məlumata görə, rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq.

Qeyd edək ki, bundan əvvəl oxşar mövzu sentyabrın 1-də Azərbaycan Dili və Ədəbiyyatı Forumunda gündəmə gəlib. Forumda çıxış edən nazir Emin Əmrullayev tədris dilindən asılı olmayaraq, Azərbaycandakı bütün məktəblərin Azərbaycan məktəbləri olduğunu bildirib. O əlavə edib ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var, lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Nazir bunu "sevindirici hal" adlandırıb.

BAKU.WS xəbər verir ki, modern.az tədris digər dillərdə aparıldığı siniflərlə bağlı yeni dəyişikliyin detallarını öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərib.

Nazirlikdən bildirilib ki, ötən illərdə tədris digər dillərdə aparılan siniflərdə təhsil alan şagirdlərin Azərbaycan dilini - dövlət dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə monitorinqlər aparılıb, nəticələri təhlil olunub. Növbəti illərdə də belə monitorinqlərin aparılması nəzərdə tutulur.

"Şagirdlərin dövlət dilini lazımi səviyyədə öyrənməsinə şərait yaratmaq məqsədilə 2021-2022-ci tədris ilindən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin 5-ci siniflərindən başlayaraq "Azərbaycan dili - dövlət dili kimi" fənninə ayrılan saatlar artırılıb. Hazırda bu proses mərhələli şəkildə davam etdirilir", - deyə açıqlamada vurğulanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan X-XI siniflərində "Çağırışaqədərki hazırlıq" fənni, IX siniflərində "Zəfər tarixi", pilot məktəblərin VIII siniflərində "Ortaq türk tarixi" kursları Azərbaycan dilində tədris olunur. Musiqi fənnində Azərbaycan nəğmələri orijinalda ifa edilir.

"Növbəti illərdə daha hansı fənlərin və dərsdənkənar məşğələlərin dövlət dilində - Azərbaycan dilində tədris edilməsi məsələsi müzakirə olunur", - deyə məlumatda bildirilib.

Rus bölməsində təhsil alan şagirdlərin ana dilində tədris edilən fənlərin qəbul imtahanı zamanı hansı dildə olacağı da müzakirə edilən mövzulardan biridir. Nazirlik qeyd edib ki, hazırda Azərbaycan tarixi fənnini Azərbaycan dilində öyrənən təhsilalanlar gələcəkdə qəbul imtahanı verərkən onlara həmin fənn üzrə imtahanın Azərbaycan dilində aparılması nəzərdə tutulur.

Emin Əmrullayev mətbuat konfransı zamanı məlumat verib ki, bəzi fənlərin Azərbaycan dilində tədris olunması 100-ə yaxın məktəbdə tətbiq ediləcək.

"Elm və Təhsil Nazirliyinin 13.09.2022-ci il tarixli F-544 nömrəli əmrinə əsasən, 2022-2023-cü tədris ilindən müəyyən edilmiş 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan V siniflərindən başlayaraq "Azərbaycan tarixi" fənni pilot qaydada dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlayıb. Elm və Təhsil Nazirliyinin 18.08.2023-cü il tarixli 3-29/3-2-509F/2023 nömrəli əmri ilə bu məktəblərin sayı 100-ə çatdırılıb və əmrin surəti həmin müəssisələrə göndərilib. Məktəblər seçilərkən ölkənin bütün bölgələrinin əhatə olunması diqqətdə saxlanılıb", - deyə nazirlikdən bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1763   Tarix: 08 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr