AZSIĞORTA-nın Naxçıvanda filialı fəaliyyətə başlayıb

AZSIĞORTA-nın Naxçıvanda filialı fəaliyyətə başlayıbÖlkənin aparıcı sığorta şirkətlərindən olan AZSIĞORTA ASC-nin Naxçıvanda rəsmi filialının açılışı baş tutub.
Filialın açılış mərasimindən öncə AZSIĞORTA ASC-nin rəhbərliyi və əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, daha sonra onun muzeyini ziyarət ediblər.
Müştəri məmnuniyyəti və rahatlığını daim diqqətdə saxlayan AZSIĞORTA ASC-nin Naxçıvan filialının açılış mərasimində şirkətin Direktorlar Şurasının sədri Viladi Maniyev, Naxçıvan Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəlik İnstitutunun əməkdaşı Pənah Mehdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin rəisi Elçin Əliyev, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev və sözügedən şirkətin nümayəndələri iştirak edib.
AZSIĞORTA şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev: "Naxçıvan şəhərində məskunlaşan müştərilərimizə daha yaxın olacağımız və peşəkar xidmətlərimizi təqdim edəcəyimiz üçün çox şadam. Biz son dövrlər Naxçıvanda baş verən inkişafın şahidi oluruq, bu gündən etibarən isə bu prosesin iştirakçısına çevrilirik.
Regional ofislərin sayını artırmaq və əhaliyə daha keyfiyyətli xidmət göstərmək AZSIĞORTA-nın inkişaf strategiyasında qarşımıza qoyduğumuz mühüm hədəflərdən biridir. Əminəm ki, Naxçıvan filialımızın açılışı bu istiqamətdə önəmli rol oynayacaq".
Qeyd edək ki, Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Filial ənənəvi olaraq, həftənin 5 günü saat 09:00-dan – 18:00-dək fəaliyyət göstərəcək.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA ASC 2006-cı ildən fəaliyyət göstərir.
Çıxışlardan sonra Azsığortanın Direktorlar Şurasının sədri Viladi Maniyev və İdarə Heyətinin sədri Yusif Soltanov rəmzi qırmızı lenti kəsərək, filialı açıq elan etmişlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 783   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr