Baltik dənizinin şimalında NATO-nun genişmiqyaslı hərbi dəniz təlimləri başlayır
Bu gün Latviya və Estoniya sahillərində NATO-nun "Northern Coasts 2023" hərbi dəniz təlimləri başlayır.
Bu barədə sentyabrın 23-dək baş tutacaq təlimlərə komandanlıq edəcək Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Təlimlərə 14 ölkədən 3 200-ə yaxın hərbçi, 30 gəmi və sualtı qayıq və 15-ə qədər təyyarə cəlb olunacaq.
Almaniya HDQ-nin baş komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib ki, təlimlər çərçivəsində bölgədə Rusiyanın mümkün hücumunu dəf etmək üçün birgə hərəkətlər tətbiq olunacaq. Xatırladaq ki, Kaak sentyabrın əvvəlində "Rusiyaya ehtiyatı əldən vermədiyimizin açıq siqnalını göndəririk" demiş və etibarlı çəkindirmənin özündə həm də hücum etmək qabiliyyətini əhatə etməli olduğunu vurğulamışdı.
Təlimlər çərçivəsində Latviya və Estoniyanın sahilyanı rayonlarında təlim desant əməliyyatları və yerüstü hədəflərə gəmi zərbələri, eləcə də Baltik dənizində dəniz marşrutlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "LPD-19 Mesa Verde" desant-helikopter gəmisi 800 nəfərlik amerikalı dəniz piyadaları ilə Latviyanın paytaxtı Riqaya gəlib.
Təlimlərə Almaniya, ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Belçika, Kanada və İsveçin hərbi-dəniz qüvvələri cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 759 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Antarktidada sensasion kəşf: İki milyon illik buz izinə rast gəlindi
Rusiya tədqiqatçıları Antarktida qitəsində, Vostok stansiyasının yaxınlığında yaşı təqribən 2 milyon ilə çatan ən qədim buz qatının mövcud ola biləcəyi zonanı aşkar ediblər. xəbər verir ki, bu barədə məlumatı TASS-a Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun rəhbəri Aleksandr Makarov verib. Onu
29 martGünəşdə böyük plazma partlayışı: Ay missiyası risk altında
Günəşdə güclü plazma atılması baş verir və bu hadisə Ay missiyasının başlanmasına təsir göstərə bilər. bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. "Koronoqrafların göndərdiyi məlumatlara və rentgen şüalanmasın
29 martİranın Bəndər-Pol limanı bombalandı: Ölənlər var
İranın cənubunda, Fars körfəzinin sahilində yerləşən Bəndər-Pol liman şəhərinin bombalanması nəticəsində azı beş nəfər həlak olub. bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir. Telekanalın məlumatına əsasən, Bəndər-Pola edilən hücum zamanı iki gəmi yanıb, azı beş nəfər həlak olu
29 martMakron Bərzaniyə zəng edərək dəstəyini bildirib
Fransa Prezidenti Emmanuel Makron İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə Dəhükdəki iqamətgahına edilən hücumdan sonra telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial media səhifəsində yazıb. Söhbət zamanı o, bu səhər iqamətgahın
29 martXameneinin vəziyyəti açıqlandı
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi Misirin "Əl-Məsri əl-Youm" agentliyinə müsahibəsində ölkənin yeni Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, XİN rəsmisi Müctəba Xameneinin vəziyyətini
1 aprelTramp xəbərləri təsdiqlədi - Razılıq yaxındadır
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların axarında irəlilədiyini bildirib. "Qafqazinfo" xəbər verir ki, Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp yaxın zamanda razılıq əldə olunacağı ilə bağlı xəbərləri təsdiqləyib:. "Düşünürəm ki, onlarla çox qısa zama
30 martƏsrin oğurluğu: Avropada 12 ton şokolad yoxa çıxdı
Naməlum şəxslər 413 mindən çox "KitKat" batonunu daşıyan yük maşınını oğurlayıblar. AFP-yə istinadən xəbər verir ki, bu barədə "Nestle" şirkətinin mətbuat xidməti məlumat yayıb. Hadisə ötən həftə baş verib. Yük maşını İtaliyadakı zavoddan Polşadakı paylama mərkəzinə şokolad batonlar
29 martSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 mart