Deputat: "Xocalı soyqırımını törətmiş dövlətin birinci xanımının Ukraynada humanizmdən danışması gülüncdür"

Deputat: "Xocalı soyqırımını törətmiş dövlətin birinci xanımının Ukraynada humanizmdən danışması gülüncdür"Kiyevdə keçirilən Birinci ledilər və centlmenlərin Üçüncü sammitinə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dəvət edilməsi Azərbaycan ictimai rəyində birmənalı qarşılanmayıb. Məlumdur ki, tədbirə dəvətlilərin siyahısının tərtib edilməsi adətən Ukrayna prezidenti və onun xanımının razılığı ilə həyata keçirilir. A.Akopyanın dəvət edilməsi azmış kimi Prezident Volodimir Zelenski ilə görüşməsi, onun çıxışında Azərbaycanın ünvanına təxribat xarakterli fikirlərin yer alması cəmiyyətimiz tərəfindən mənfi qarşılanır. Rusiya ilə müharibənin ən ağır anlarında Azərbaycan dövlətinin Ukraynaya göndərdiyi humanitar və texniki yardım tək hökumət deyil, həm də cəmiyyətin, sıravi vətəndaşların ukraynalıların probleminə reaksiyası idi. Qarşı tərəfdən adekvat münasibətin sərgilənməməsi ictimai rəydə və sıravi insanlarda obyektiv suallara yol açır.

Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, hər bir dövlət atdığı addımda müstəqildir, əsas odur bu onun milli maraqlarına cavab versin:

"Akopyanın Kiyevdəki provokasiyalı çıxışı Ukrayna xalqının maraqları ilə nə qədər uzlaşır, bunu demək çətindir. Tək bir faktı qeyd edim. Paşinyan hökumətin iclaslarından birində deyirdi ki, bu gün Rusiyanın Ukrayna cəbhəsində məğlub olması Ermənistan üçün faciəvi fəsadlara səbəb ola bilər. Bu bəyanatın mənası budur ki, Ermənistan hökuməti Rusiyanın Ukrayna ilə müharibədə uduzmasını istəmir. Kiyevdəki sammitdə çıxış edən Anna Akopyan həmin Paşinyanın həyat yoldaşıdır".

Millət vəkilinin sözlərinə görə, Kiyevdəki sammitin əsas missiyası dünya ictimaiyyətinin diqqətini Ukraynanın yaşadığı humanitar böhran və problemlərə yönəltməkdir.

"Ancaq humanitar problemlərdən danışırıqsa, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərində sıravi vətəndaşları uzaqmənzilli raketlərlə bombardman edib, uşaqlarımızı öldürən dövlətin birinci ledisinin dünyadan kömək uman Ukraynadakı tədbirdə iştirakı təəssüf və təəccüb doğurur", - deyə Milli Məclisin deputatı vurğulayıb.

E.Allahverdiyevin fikrincə, Paşinyan hökuməti müharibədə nəinki Ukraynanın qələbə çalmasını istəmədiyini bəyan edir, həm də bu istiqamətdə real siyasət yürüdür:

"2022-ci ilin statistikasına görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 4 milyard 100 milyon dollar təşkil edib. Bu, indiyədək müşahidə olunan ən böyük göstərici və ənənəvi rəqəmlərdən qat-qat yüksək dövriyyədir. Sual olunur, Ermənistan son bir ildə nə istehsal edib ki, Rusiyaya ixrac göstəricisi bu qədər artıb? Qərb mediasında bir neçə dəfə Ermənistanın qadağan edilmiş və sanksiya altında olan məhsulların Rusiyaya çatdırılmasında tranzit ölkə rolu oynadığına dair materiallar işıq üzü görüb. Ümid etmək olardı ki, Ukrayna hökuməti bu reallıq barədə məlumatlıdır. Ancaq Akopyanın Kiyevdəki çıxışı bu ümidləri təəssüf ki, puç edir".

Millət vəkilinin qənaətinə görə, A.Akopyanın Ukrayna rəsmilərinin müşayiəti ilə Buça şəhərinə səfər etməsi, ümumiyyətlə, humanizm anlayışına tərs şillədir.

"Buçada nələrin baş verdiyini bütün dünya bilir. Bu baxımdan, Xocalı soyqırımını törətmiş bir dövlətin birinci xanımının Ukraynada humanizmdən danışması gülüncdür və rəsmi Kiyevin yol verdiyi böyük yanlışlıqdır", - deyə E.Allahverdiyev bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2374   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

4 oktyabr
.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr
.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

4 oktyabr
.

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı

4 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

4 oktyabr
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

3 oktyabr
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

3 oktyabr