Şər üçbucağının yeni məkri: İran, Fransa və Hindistan Ermənistanı müharibəyə sürükləyirlə

Şər üçbucağının yeni məkri: İran, Fransa və Hindistan Ermənistanı müharibəyə sürükləyirlə"Ermənistanla Azərbaycan arasında genişmiqyaslı əməliyyatların başlanması, əlbəttə, realdır. Beynəlxalq sifarişçilər - İran, Fransa və Hindistan İrəvandan bunu tələb edirlər. Onlar öz maraqları, o cümlədən, dünyanın yenidən bölüşdürülməsi prizmasında Azərbaycan, Türkiyə və Rusiyaya rəqib gözü ilə baxırlar".

Bunu "Report"a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

O bildirib ki, erməni lobbisi və beynəlxalq media da qarşı tərəfi dəstəkləyirlər:

"Saxta beynəlxalq hüquqi əsas yaratmağa çalışırlar. Ermənistanın indiki hakimiyyəti onu müharibəyə sövq edən tərəflərlə "paslaşır". Qərb dairələri bölgə üçün yeni ssenari hazırlayıblar. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə başlayacaq. Ehtimal edilən savaşda məqsəd Ermənistanın qurban verilməsi hesabına Azərbaycan, Türkiyə və Rusiyanın bölgədəki təsir dairəsinin zəiflədilməsidir".

Ekspertin sözlərinə görə, ehtimal edilən müharibənin nəticəsi indidən məlumdur:

"Savaşın nə zaman başlayacağı ilə bağlı konkret proqnoz vermək doğru olmaz. Amma uzaq gələcəkdə baş verməyəcək. Ermənistan bu müharibədə, sözsüz ki, məğlubiyyətə uğrayacaq. Hazırda davam edən oyunların əsas məqsədlərindən biri də Ermənistan-Azərbaycan şərti sərhədinə Fransa qoşunlarının yerləşdirilməsidir. Bunu BMT çətiri altında həll etmək mümkün deyil. Amma NATO və Avropa İttifaqında sözügedən niyyət üçün səylər göstəriləcək".

Ə.Əlibəylinin fikrincə, hazırda baş verənlər ağır hərbi toqquşmanın başlanacağına dəlalət edir:

"Rusiya ilə Ermənistan arasında davam edən gərginlik bizim xeyrimizədir. Tərəflər tarixinin ən gərgin mərhələsindən keçirlər. ABŞ də bu gərginlikdə maraqlıdır. Vaşinqton Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ələ salır, Ermənistandakı Rusiya hərbi bazasını görməzdən gəlir, İrəvanla əlaqələri gücləndirir. Bütün bunlar perspektivdə Rusiyanın Ermənistanı ağır formada cəzalandırması ilə nəticələnə bilər".

Politoloq deyib ki, ehtimal olunan müharibə nəticəsində Ermənistan məğlub olarsa, bu, baş nazir Nikol Paşinyanın hakimiyyətinə o qədər də təsir etməyəcək:

"Biz İkinci Qarabağ müharibəsində də oxşar ssenarini gördük. Paşinyan məğlub olsa da, hakimiyyətini qorudu. İndiki situasiyada da həmin ssenari təkrarlana bilər. Bunun əsas səbəbi daxildəki müxalifətin zəif olması, həlledici şəxslərin ələ alınmasıdır. Amma əlbəttə, Rusiya faktorunu da görməzdən gəlmək olmaz. Rəsmi Moskva Ermənistandakı proseslərə müdaxilə edərsə, bu halda Paşinyan hakimiyyətdən gedə bilər".

O, həmçinin, ehtimal olunan müharibənin hərbi nəticələri haqqında da proqnozlarını bölüşüb:

"Xankəndidə hərbi təyinatlı addımların atılması suveren hüququmuzdur. Beynəlxalq hüquq da buna imkan verir. Əsas məsələ Zəngəzurla bağlıdır. Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret öhdəlikləri var. Amma bu öhdəliyini indiyədək yerinə yetirməyib. Onu da deyim ki, Ankara və Moskva Zəngəzur əməliyyatına qarşı deyillər. Əsas çətinlik beynəlxalq ictimaiyyətin və İranın mövqeyi ilə bağlıdır".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2166   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

4 oktyabr
.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr
.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

4 oktyabr
.

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı

4 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

4 oktyabr
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

3 oktyabr
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

3 oktyabr