"Bahalı" müəllimlər: Repetitorlar da qiymətləri artırıblar?

"Bahalı" müəllimlər: Repetitorlar da qiymətləri artırıblar?Yeni tədris ili artıq başlamaq üzrədir. Tələbə adını qazanmaq istəyən şagirdlər ötən aydan repetitor yanına getməyə başlayıblar. Lakin valideynləri narahat edən nüanslar müşahidə olunur. Redaksiyamıza yeni tədris ilində repetitorların qiymətləri artırması ilə bağlı məlumatlar daxil olub. Bəs bu məlumatlar nə dərəcə doğrudur? Həqiqətən qiymətlərdə dəyişiklik varmı?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suallara cavab axtarıb.

Əvvəl 100 manat idi, indi 180...

Pərvanə xanımın qızı 11-ci sinifdə oxuyacaq. O, övladının yaxşı təhsil alması üçün 9-cu sinifdən repetitor yanına qoyub. 2 il mütəmadi olaraq eyni qiymətləri ödəsə də, bu il fərqli qiymət cədvəli ilə qarşılaşıb:

"Qızımın Azərbaycan dili və ədəbiyyatı fənni hazırlığı üçün ötən il ayda 100 manat ödəyirdim. Yeni mövsümdən müəllimi qiymətlərin 180 manat olduğunu bildirdi. Üstəlik, tək bu deyil, digər fənlər üzrə də qiymətlər minimum 40-50 manat artıb". Fəridə xanımın oğlu da tələbə adını qazanmaq üçün repetitorla hazırlaşır. O da qiymətlərin ötən illə müqayisədə artdığını bildirir:

"Sanki bütün repetitorlar sözləşir, qiymətləri eyni anda artırırlar. Oğlum 5 fəndən hazırlığa gedir. İnformatika və riyaziyyat müəllimi digər fənlərə nisbətən ötən il də baha hazırlaşdırırdı. Bu il qiyməti daha da "dəyərləndirdilər". Digər fənlərdə də artım var. 80 manata hazırlaşdıran müəllim 100, 50 manata hazırlaşdıran isə 80 manat istəyir. Bütün fənlər üzrə hazırlıq qiymətləri artıb. Bəziləri 20-30, bəziləri də 50 manat qaldırıb. Müəllimlər yaxşı olduğu üçün imtina edə bilmirik".

"Kimə tələbat çoxdursa, o da qiyməti artırır"

Adının açıqlanmasını istəməyən, repetitorluqla məşğul olan müəllim isə deyir ki, qiymətlər bazarın tələblərinə uyğundur: "Hər qiymətə hazırlaşdıran repetitor tapmaq mümkündür. Təbii ki, kimə tələbat çoxdursa, o da qiyməti artırır".

Qiymətlər nə qədər artıb?

Repetitorların qiymətləri şəhər, şəhərətrafı rayonlar, bölgələr, kəndlərə görə dəyişir. Şəhərin mərkəzində yaxşı repetitorun aylıq qiymətləri ötən il 100 manatdan başlayırdısa, bu il minimum 200 manatdır. Şəhər mərkəzinə yaxın yerlərdə minimum qiymət isə 70-80 manatdır. Ötən il 50 manatdan başlayırdı.
Şəhərdən kənarda, Bakı kəndlərində də qiymətlərdə artım müşahidə olunur. Məsələn, Binə kəndində 30 manata hazırlaşdıran müəllim, bu il 50 manata razılaşır. Burada da yaxşı repetitorun qiyməti 70 manatdan başlayır. Ötən il isə bu rəqəm 50 manat idi. Rayonlarda qiymətlər 30-40 manatdan başlayır. Repetitorlar burada da qiymətləri minimum 10 manat artırıblar.

"Bahalı" müəllimlər...

Müşahidə olunan acınacaqlı tendensiyalardan biri də Elm və Təhsil Nazirliyinin sertifikasiya imtahanından keçən müəllimlərin qiymətləri artırmasıdır. Yəni sertifikasiyadan keçən müəllimlər "bahalı" müəllimlər hesab olunurlar. Hələ yüksək bal toplamısansa, bu statusla istədiyin qiyməti tətbiq edə bilərsən. Xüsusilə bölgələrdə, rayonlarda bu tendensiya daha çox müşahidə olunur. Bəs bu nə dərəcə ədalətlidir? Ümumiyyətlə, repetitorlar qiyməti nəyə əsasən təyin edirlər?

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, ali məktəblərə qəbul üçün hazırlanan testlər təhlil edilib və məlum olub ki, onlar xüsusi istedadlı şagirdlər üçündür. Mütəxəssisin fikrincə, məhz yuxarıdakı səbəblərə görə, repetitorlar onlara yaranan tələbatdan istifadə edərək süni qiymət artımına əl atırlar: "Əlbəttə, xidmət sahəsi olduğundan hər kəs fərd olaraq göstərdiyi xidmət qarşılığında hər hansı məbləği təyin etməkdə sərbəstdir. Amma ən azından marketinq etikası anlayışı var ki, orada müştəri kütləsinin maddi durumu nəzərə alınmalıdır. Amma təəssüf ki, bizdə bu tendensiya tam əksinədir. Bu il göstəriciləri yaxşı olan repetitor gələn il üçün hazırlığın qiymətini artırır".

Repetitorlar vergi ödəməli və hesabat verməlidirlər

Ekspert bildirir ki, atılması vacib olan ilk addım repetitorluğun məktəb üzərindəki hegemonluğunu yox etməkdir: "Dünyanın bir çox ölkələrində repetitorluq xidmətinə rast gəlmək mümkündür. Amma bunu leqallaşdırmaq lazımdır. Ən vacib məsələ isə məktəb mühitini repetitorluğun kölgəsindən xilas etməkdir. Əks halda, biz gələcəyin uğurlu təhsilinə ümid edə bilmərik. Bunun üçün xüsusi proqram hazırlanmalı, bir neçə il üçün pilot məktəblər seçilməli, repetitorların xidmətini oradakı müəllimlər həyata keçirməlidirlər. Bundan əlavə, repetitorlar sahibkar kimi vergi öhdəçiliyinə cəlb edilməlidirlər".

Repetitorlar hava, su kimi lazımdır?

Mütəxəssis vurğulayır ki, repetitorlara hər yerdə ehtiyac var. Amma bunun hava, su kimi lazımlılığını təbliğ etdikdə, süni qiymət artımı kimi nüanslar ortaya çıxır: "İstər sosial şəbəkələrdə, istər media, istərsə də cəmiyyətdə repetitorluğa qarşı narazı ifadələr eşitmişik. Amma birmənalı pisləyən fikirlərin heç biri bu xidmət sahəsinin mahiyyətini aşağılamaq üçün deyilmir. Hamı anlayır ki, bəzi situasiyalar var ki, orada əlavə öyrətmə xidmətindən istifadə vacib və zəruri ola bilər. Necə ki, dünyanın təhsil baxımdan inkişaf etmiş ölkələrində də bu metoddan istifadə edilir. Əmin olun, narazılıq dolu ifadələr yalnız və yalnız repetitorluğun Azərbaycan modelinə olan münasibətə görədir. Bizdəki repetitorluq institutu özünü insanlar üçün az qala, hava-su funksiyası kimi təqdim edir. Yəni, repetitorlar olmasa, təhsilimizin heç bir inkişafı ola bilməz. Şagird heç bir nəticə qazanmaz. Bəli, bugünkü məktəb mühiti şagirdi universitetə hazırlaya bilmir. Amma onu bu hala salan həm də repetitorlar olmadımı?".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1878   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr