Psixoloq: "Uşaq dərs oxumursa, disleksiyası ola bilər"
Bəzən uşaqlarımız oxuyub-yazmaqda çətinlik çəkirlər. Biz isə uşaqlarımızın yaşıdlarından heç nədə geri qalmamasını istəyirik. Bəzən övladımız kitab və ya hər hansı mətni oxuyanda sözləri səhv tələffüz edir. Düşünürük ki, tənbəllik edirlər, ya da oxumaq istəmirlər. Belə olan halda ağıla bu sual gələ bilər: bəlkə mənim övladım disleksiyadır?
Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin mövzu ilə bağlı AzEdu.az-a danışıb:
"Pedaqogikada disleksiya xüsusi öyrənmə çətinliyi kimi tanınır. Latınca "söz" və "pozğunluq" sözlərinin birləşməsindən əmələ gəlib. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya pis qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və dərmanların düzgün istifadə edilməməsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər. Disleksiya əsasən anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda - təxminən 4-5 yaşlarında özünü göstərir".
Psixoloq uşaqlarda disleksiya əlamətlərini də sadalayıb:
"Əgər uşağınız oxuma, eşitmə, danışma, yazmada çətinlik çəkirsə, danışmada gecikmələr varsa, yeni sözləri gec öyrənirsə, hərəkət və koordinasiya pozuqluğuna yol verirsə, hərfləri qarışdırırsa, riyazi əməllərdə problem (toplama, çıxma, vurma, bölmə) yaşayırsa, istiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (dünən, bu gün, sabah, əvvəl, sonra) anlayışlarında çətinlik çəkirsə, danışarkən sözləri doğru yerdə istifadə etmirsə, analiz etmə problemi yaşayırsa, bunlar disleksiya əlamətləridir. Disleksiyanı müəyyən etmək üçün xüsusi psixoloji testlərdən istifadə olunur. Əgər yuxarıda göstərilən əlamətlərin bir neçəsi uşaqda özünü büruzə verirsə, mütləq psixoloqla məsləhətləşmək lazımdır".
Psixoloq bu mövzuda müəllimlərin həssas yanaşmalı olduğunu da xüsusi vurğulayıb:
"Disleksiyası olan uşaqlara məktəbdə müəllimlər nəyisə gec qavradığına görə sərt reaksiya verməməli,onların özgüvənlərini sarsıtmamalıdırlar. "Bilmirsən, anlamırsan, gec qavrayırsan" kimi ifadələr işlədilməməlidir. Hazırda bir pasientim var ki, ona düzgün yanaşılmadığı üçün özünəqapanma yaranıb və biz bu problemi aradan qaldırmağa çalışırıq. Çox vaxt müəllimlər valideynlərə deyirlər ki, uşağınızda problem var, geri qalır və s. Əksinə, disleksiyası olan uşaqların məktəbdə yaxşı oxuya bilmə potensialı yüksək olur, çünki onların zəka cəhətdən heç bir problemi yoxdur. Sadəcə, onlara vaxtında diaqnoz qoyulmalı və düzgün proqramla psixoloq nəzarətində bu problemlər aradan qaldırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabr