"Tarqovı"da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi
Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - "Tarqovı"da qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.
Sonxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs sentyabrın 1-də saat 20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb.
Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini olan 1994-cü il təvəllüdl R.Babayev (şərti) olması müəyyən edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilib və barəsində inzibati protocol tərtib edilib.
Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə bildirib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün özündə olmayıb:
"Həmin gün günorta saat 4-5-də 28 may adlanan ərazidəki kafelərdən birində 10-12 bakal (pivə) spirtli içki içmişdim. Axşam saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada və yaxınlıqda yerləşən "Tarqovı"da gəzişdim. Saat 8 radələrində oradakı mağazadan 2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi ilə evə getdim. Ümumiyyətlə içki içən deyiləm, bu əməli törədərkən içki olduğuma görə özümdə olmamışam".
Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3771 Tarix: 12 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabr