NASA açıqladı: Kosmosda həyatın izləri tapılmış ola bilər
NASA-nın (Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) "James Webb" teleskopunun "K2-18b" planetində tapdığı molekulun kosmosda həyatın olduğuna dəlil ola biləcəyi açıqlanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, təsdiqlənməmiş məlumatlara görə, 120 işıq ili uzaqlıqdakı "K2-18b" planetində yalnız Yerdəki canlılar tərəfindən istehsal olunan "dimetil sulfid" (DMS) adlı molekul mövcud ola bilər.
Tədqiqatçılar həmçinin planetin atmosferində metan və karbon qazının aşkar edildiyini bildiriblər. Bu kəşf "K2-18b"nin su okeanına malik olduğu mənasını verə bilər.
Araşdırmanı aparan professor Nikku Madhusudhan bildirib ki, Yer üzündə DMS yalnız canlılar tərəfindən istehsal olunur:
"Bununla belə, "K2-18b"də DMS-nin mövcudluğunu təsdiqləmək üçün daha çox məlumat lazımdır və qəti nəticələr bir il ərzində əldə ediləcəkdir. Məlumatlar təsdiqlənərsə, bu, böyük hadisə olar".
Alimlər sözlərinə görə, ilk dəfə olaraq uzaq ulduzun ətrafında fırlanan planetdə DMS-nin olması ehtimalı müəyyən olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1043 Tarix: 14 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər
Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla
9 avqustDünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb
Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove
10 avqustÇində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib
Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara
9 avqustPrezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu
Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib. "Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub. Prezident Abelardo de la Espriella keçirilən təcil
11 avqustMoldova Rusiyadakı səfirini geri çağırdı
Moldovanın Xarici İşlər Nazirliyi Kroçmaz bölgəsində baş verən hadisəni, pilotsuz təyyarənin düşərək partladığını qətiyyətlə pisləyib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi bəyanat yayıb. "Bu hadisə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdı
10 avqustStiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas
9 avqust