İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə
Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb.
Təcrübədən əvvəl makakanın hipofiz vəzi cərrahi yolla çıxarılıb. Daha sonra heyvana köçürülən orqanoidlərin tərkibində adrenokortikotrop hormon (AKTH) ifraz edən hüceyrələr olub. Bu hormon böyrəküstü vəzilərə kortizol istehsalını stimullaşdıran siqnal göndərir.
Köçürülən toxuma altı həftə ərzində bu funksiyanı yerinə yetirib. Alimlər həmçinin hormon çatışmazlığı nəticəsində yaranan çəki itkisinin sürətinin azaldığını müşahidə ediblər.
Heyvanın immun sistemi yad toxumanı aktiv şəkildə rədd etməyə çalışsa da, transplantasiyadan üç ay sonra belə, köçürülən toxumanın olduğu nahiyədə canlı hüceyrələr aşkarlanıb.
Makaka üzərində aparılan təcrübədən əvvəl bu üsul siçanlar üzərində də sınaqdan keçirilib. Siçanlarda orqanoidlər altı aydan çox müddət ərzində hormon ifraz edib. Bu heyvanların ömrü əməliyyat keçirilməyən siçanlarla müqayisədə daha uzun olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 322 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya raketi Polşaya düşdü - Varşava qırıcıları havaya qaldırdı
Ukraynaya endirilən kütləvi hava zərbələri zamanı Polşanın hava məkanı pozulub. Rəsmi Varşava hadisəni Rusiyanın təxribatı kimi qiymətləndirərək ölkənin hərbi-siyasi rəhbərliyini təcili toplantıya çağırıb. "AzPolitika" xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X"
20 noyabrUitkoff və Kuşner Çindən Berlinə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cerad Kuşner Çinin Şençjen şəhərindən Almaniyaya gedəcəklər. "Al Jazeera" xəbər verir ki, onlar "İstəklilər Koalisiyası"nın iclasında iştirak etmək üçün Berlin şəhərinə yola düşəcəklər. Uitkoffla Kuşnerin Ukrayna Prezidenti Volodimi
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabr