"iPhone 15"lər təqdim olundu. Hansı yeniliklər var?

"iPhone 15"lər təqdim olundu. Hansı yeniliklər var?Xəbər verdiyimiz kimi, ötən gün "iPhone 15" təqdim olundu. Dünyada hər kəsin marağına səbəb olan "Apple" şirkəti yenidən diqqətləri üzərinə aldı. Əsas sual "iPhone 15" modelində hansı dəyişikliklər var?

Mövzu ilə bağlı Sonxeber.az-a texno-bloqqer Fərid Pərdəşünas açıqlama verib.

O bildirib ki, "iPhone 15" və "iPhone 15 Plus" modelləri köhnə "iPhone 14 Pro" və "iPhone 14 Pro Max"ın demək olarkı eynisi oldu.

"Dinamik ada, köhnə A16 prosessor və yenə də 2 kamera. Bu seriyaya gələn əsas yenilik, USB "Type-C" girişi, 2000 nit parlaqığında ekran və "iPhone 14 Pro" və "iPhone 14 Pro Max"da olan 48MP-lik kamera oldu. "iPhone 15 Pro" və "iPhone 15 Pro Max"da olan yeniliklərdən əsası gövdənin titandan hazırlanmasıdır. Yəni kənar çərçivələr artıq paslanmaz poladdan yox yeni materialdandır. Bunun sayəsində ən yüngünl pro model oldu. Əlavə olaraq pro seriyada səssizə almaq düyməsi yox oldu əvəzinə basılabilən və müxtəlif funksiyaların inteqrasiya edilə biləcəyi düymə quraşdırıldı."iPhone 15 Pro" və "iPhone 15 Pro Max" USB 3.0 dəstəkli "Type-C" girişi əldə etdilər. Kamera tərəfdə əsas dəyişiklik telefoto kamerasında oldu ki, bu kamera artıq 3X yox 5X yaxınlaşdırmanı dəstəkləyəcək (5X yalnız Max modelində). "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" üçün ən önəmli yenilik isə prosessor oldu. Yeni "Apple A17 Pro" çipindən güc alacaq və dünyada mobil prosessorlar arasında 3nm arxitekturada hazırlanan ən güclü prosessordur".

Qeyd edək ki, qiymətlər Amerika bazarında aşağıdakı kimidir:
"iPhone 15 128GB" - 799$
"iPhone 15 Plus 128 GB" - 899$
"iPhone 15 Pro 128 GB" - 999$
"iPhone 15 Pro Max 256 GB" - 1199$
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2792   Tarix: 14 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz

4 oktyabr
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

4 oktyabr
.

Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla

3 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

4 oktyabr
.

Minsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır

Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə

3 oktyabr
.

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı

4 oktyabr
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr