Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilibSentyabrın 20-də Regional məsələlər komitəsinin Milli Məclisin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclası açan komitə sədri Siyavuş Novruzov Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində erməni terrorçulara qarşı həyata keçirilən lokal anti-terror tədbirlərindən söz açıb. Komitə sədrinin təklifi ilə iclas iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra komitə sədri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan lokal antiterror tədbirlərini zəruri edən səbəblərdən danışıb, bu tədbirlərin beynəlxalq hüquqa, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna və Üçtərəfli Bəyanatın müddəalarına uyğunluğunu vurğulayıb.
Azərbaycan ictimaiyyətinin, eyni zamanda Milli Məclisin deputatlarının bu antiterror əməliyyatlarını dəstəklədiyini deyən komitə sədri qeyd edib ki, Milli Məclis tərəfindən Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlanıb. Eyni zamanda Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər. Komitə sədri ümummilli mənafelərdə bir yumruq kimi birləşməyimizin vacibliyini vurğulayıb, Azərbaycanın taleyüklü məsələlərində yaxanı kənara çəkməyi xəyanət kimi qiymətləndirib.

Sonra komitə sədri gündəliyə 2 məsələnin daxil edildiyini deyib. O, əvvəlcə, Milli Məclisinin 2023-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyalarda komitənin 9 iclası keçirilib, iclaslarda 53 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə vətəndaşlardan daxil olan müraciətlə bağlı müvafiq tədbirlər görülüb, komitə üzvləri mütəmadi olaraq seçicilərlə, cəmiyyətin həssas qrupları, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrlə görüşüblər, onların qayğıları ilə maraqlanıblar.

Sonra Regional məsələlər komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib. Diqqətə çatdırılıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi nəzərdə tutulub.

Müzakirələr zamanı komitənin sədr müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıblar. Deputatlar, həmçinin Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin və digər vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarına dəstəklərini ifadə ediblər.

Millət vəkilləri Milli Məclisinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işləri qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsini təsdiqləyiblər.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsinin parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov tərəfindən təqdimatı keçirilib.
İclasda deputatlar Nizami Cəfərov, Aqil Məmmədov, Malik Həsənov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilibMilli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilibMilli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilibMilli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 916   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr