"24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı"- DEPUTAT
"24 saatlıq anti-terror əməliyyatı növbəti dəfə Ermənistana, onun havadarlarına Azərbaycan ordusunun gücünü və nəyə qadir olduğunu gördü".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
"24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Ordumuzun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli anti-terror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi. Sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxır, tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir və qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Hazırda Prezidentinin Administrasiyasının təklifi ilə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir. Ermənilər Azərbaycanın şərtləri ilə razılaşmağa məcburdur".
Deputat vurğulayıb ki, Azərbaycanın Müzəffər Ordusunun 1 günlük lokal xarakterli anti-terror əməliyyatı separatçıları ağ bayraq qaldırmağa vadar etdi:
"İki gün öncə ermənilərin mina terroru Azərbayan xalqının səbr kasasını daşıran son damla oldu. 44 günlük Vətən müharibəsidə olduğu kimi 24 saatlıq anti-terror əməliyyatı da ermənilərin biabırçı məğlubiyyəti ilə nəticələndi. Növbəti qazandığımız bu möhtəşəm zəfər xalqımızın Ali Baş Komandan İlham Əliyevə və ordumuza olan inamını ikiqat artırdı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi