Azərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də - FOTO

Azərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də - FOTODünya mətbuatı son günlər Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən hadisələr, separatçılara qarşı həyata keçirilən antiterror tədbirləri və ondan sonra yaranmış yeni vəziyyəti diqqət mərkəzində saxlamaqda davam edir.

AZƏRTAC xəbər verir ki, "Reuters", BBC, CNN və digər nüfuzlu media orqanları bu barədə materialları mütəmadi şəkildə yayırlar.

"Reuters" agentliyində yayımlanan məqalədə Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin erməni separatçı qüvvələrini təslim olmağa məcbur etdiyini və bundan sonra tədbirlərin dayandırıldığı qeyd edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə də yer verilib və dövlətimizin başçısının fikirlərindən iqtibas gətirilərək, təxminən 24 saat davam edən tədbirlərdən sonra Azərbaycanın "dəmir yumruq"la suverenliyini bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanacağı da qeyd olunub.

CNN-in mövzuya dair yayımladığı məqalədə ildırımsürətli antiterror tədbirlərinin ardınca Azərbaycanın separatçı qüvvələri təslim olmağa vadar etdiyi bildirilir. Qeyd edilib ki, hərbi fəaliyyət dayandırıldıqdan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə etmək üçün erməni sakinlərin təmsilçiləri ilə müzakirələrə başlanılıb və ilk təmas artıq baş tutub.

Azərbaycan Prezidentinin xalqa müraciətinə də CNN tərəfindən xüsusi diqqət göstərilib. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa müraciətində "düşməni layiqincə cəzalandırdığını" və rəsmi Bakının öz suverenliyini "dəmir yumruq"la bərpa etdiyini bildirib:

"...uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir... Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!"

Məqalədə, həmçinin İkinci Qarabağ müharibəsi və ondan sonra regionda gedən proseslər və hazırkı gərginliyədək baş verən hadisələrdən bəhs edilib.

BBC-nin yaydığı xəbərdə də son günlərdə Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr ön planda dayanır. Qeyd edilib ki, Azərbaycan Prezidenti separatçı qüvvələrə qarşı həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra ölkəsinin Qarabağ üzərində suverenliyini bərpa etdiyini bəyan edib. Bundan öncə isə Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması və qanunsuz rejimin ləğv edilməsini tələb edərək antiterror tədbirləri həyata keçirib.

"Independent" nəşrinin yaydığı xəbərdə isə Azərbaycan dövlətinin başçısının antiterror tədbirlərinin Qarabağdakı erməni sakinlərə qarşı deyil, yalnız kriminal separatçılara və onların rəhbərliyinə qarşı aparıldığı fikri əks olunub.

"France24" tərəfindən yayımlanan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə diqqət ayrılıb. Bir müddət əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan Paşinyanın Ermənistan ordusunun döyüşlərə cəlb olunmayacağını elan etməsi diqqətə çatdırılıb. Onun rəhbərlik etdiyi hökumətin Qarabağda yerli ermənilərlə aparılan danışıqlarda iştirak etmədiyi, lakin separatçı qurumun verdiyi qərarları "qeydə aldığı" barədə fikirləri diqqətə çatdırılıb. Həmçinin Qarabağda cərəyan edən son hadisələrin Ermənistanda siyasi təlatüm yaratdığı və paytaxt İrəvanda etiraz aksiyalarının keçirildiyi vurğulanıb.

"Tasnimnews" da separatçıların təslim olmasından sonra Ermənistanda etirazların geniş vüsət almasından yazır. Məqalədə müxalifət qüvvələrinin hökuməti separatçılara dəstək göstərməməkdə ittiham etməsi, hökumətyönlü etirazçıların isə günahı başqa istiqamətdə axtardığından bəhs olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın erməni sakinləri üçün tarixi şansın yaranmasından bəhs edərkən Ermənistan hökumətinin gözlənilmədən siyasi səriştə göstərməsi barədə fikirlərinə də toxunulub:

"...biz bunu qiymətləndiririk. ...dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəkdir".
Azərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də - FOTOAzərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də - FOTOAzərbaycanın keçirdiyi antiterror tədbirləri xarici KİV-də - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1255   Tarix: 22 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr