"Araz" supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır

"Araz" supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır"Araz"da çalışanların əksəriyyətini gənclər təşkil edir

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsi ölkə üzrə fəaliyyət göstərən mağazaları və Məhəmmədi qəsəbəsində yerləşən müasir logistika mərkəzi ilə müştərilərinə xidmət göstərir. "Araz" 9000-dən artıq şəxsi işlə təmin edən böyük işəgötürən olmaqla yanaşı gənclər üçün yeni iş imkanlarının yaradılmasına da öz töhfəsini verir. Bu məqsədlə "Araz" supermarketlər şəbəkəsi təkcə uzun müddət təcrübəsi olan peşəkar kadrlara deyil, həm də əmək fəaliyyətinə yeni başlayan və təcrübəsiz şəxslərə də öz qapılarını açır. Belə ki, hazırda "Araz" supermarketlər şəbəkəsində heç bir təcrübəsi olmadan işə başlayan və burada öz fəaliyyətini uğurla davam etdirən 4 mindən çox əməkdaş çalışır. Ümumiyyətlə "Araz" çalışanların ortalama yaş həddi 32-dir və müxtəlif vəzifələrdə fəaliyyət göstərən əməkdaşların əksəriyyətini gənclər təşkil edir.

İşsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, sonra "Araz"da işlə təmin edilirlər

"Araz" supermarketlər şəbəkəsi əhalinin, xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumları ilə də sıx əməkdaşlıq edir və birgə layihələrin həyata keçirilməsinə təşəbbüs göstərir. Bu istiqamətdə "Araz" Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi layihələrin ən yaxın tərəfdaşlarından biridir. Birgə layihələr çərçivəsində işsiz və işaxtaran şəxslər əvvəlcə təlimlərə cəlb edilir, daha sonra "Araz" supermarketlər şəbəkəsində müxtəlif vakansiyalar üzrə işlə təmin edilirlər. Bununla da "Araz" iş təcrübəsi olmayan gənclərin peşəkar və fərdi inkişafına, eləcə də öyrəndikləri nəzəri biliklərin real iş şəraitində tətbiqinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirir.

İş təcrübəsinə "Araz"da başlayan yüzlərlə əməkdaş hazırda burada yüksək vəzifələrdə çalışır

Gənclər "Araz" komandasına daxil olduqdan sonra da peşəkarlıq göstəricilərinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq təlimlərə cəlb edilir və təkmilləşdirilmə proqramlarında iştirak edirlər. İşçilərin təkmilləşdirilməsi məqsədilə fərdi inkişaf planları hazırlanıb həyata keçirilir. Bunun nəticəsidir ki, əmək fəaliyyətinə "Araz"da kiçik vəzifələrdən başlayan gənclər müvafiq sahələr üzrə zəruri bilik və bacarıqlar əldə edərək karyera yüksəlişinə nail olur və yüksək vəzifələrə təyin edilirlər. Belə ki, iş təcrübəsinə "Araz"da başlayıb hazırda burada yüksək vəzifələrdə çalışan yüzlərlə əməkdaş fəaliyyət göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1283   Tarix: 22 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr