Ayxan Hacızadə: "Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətindən dəstək alacaqlar"
"Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək".
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Al-Jazeera" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin sistematik atəşə tutulmasının artması, ərazilərimizin minalanmasının davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yaradılmış separatçı və marionet rejimin nümayəndələrinə qarşı lokal antiterror tədbirlərinə səbəb olub.
A.Hacızadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan edib ki, bu antiterror tədbirləri zamanı Azərbaycan Qarabağdakı erməni sakinlərə zərər verməyib: "Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Azərbaycanın bütün etnik azlıqları ölkəmizdə həmişə mehriban şəraitdə yaşayıblar. Azərbaycan çoxmillətli ölkədir, tarix boyu ermənilərlə azərbaycanlılar həmişə birgə yaşayıblar. Ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyasının həyata keçirilməsini təmin edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1044 Tarix: 22 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"
Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr