Kəpənək xəstəliyi olan QIZ: barmaqları tökülüb, toxunan kimi yaralanır

Kəpənək xəstəliyi olan QIZ: barmaqları tökülüb, toxunan kimi yaralanırDarya Kuznetsova dünyanın ən qeyri-adi xəstəliklərindən biri olan kəpənək xəstəliyini yaşayır. Dünyada 500 min insan bu xəstəlikdən əziyyət çəkir. Elmi adı Bullez epidermolizdir. Kəpənək xəstələrinin dərisinin immuniteti yoxdur, ən kiçik toxunuşlar sağalmaz yaraya çevrilir. Belə xəstələrin haqqında danışarkən "dərisi yoxdur" ifadəsi işlədilir. Gəlin bu xəstəliyi Daryanın öz dilindən eşidək.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 1997-ci ildə Amur vilayətində doğulub:

"Həkimlər kəpənək xəstəliyi diaqnozu qoyanda valideynlərim mənimlə necə rəftar edəcəklərini bilmirdilər. Ən kiçik toxunuş dərin yanıq yarası kimi izlər buraxır, dərimi təhriş edirdi. Məktəbə anamla birlikdə gedirdim. Məni uşaqların toxunuşlarından qorumaq üçün gedirdi. Heç kim mənə lağ etmir, incitmirdi, çünki anam yanımda olurdu. Mənim üçün ən qorxulusu yıxılmaq idi. Bu zaman dərimin yaralanması ilə bərabər, sümüklərim də sınırdı. 9-cu sinfə qədər məktəbi gah xəstə, gah sağlam halda bitirdim. Sonra qan dəyərlərim ekstremal həddə pisləşdi. Bütün kəpənəklərdə 100 olduğu halda məndə hemoqlabin səviyyəsi 35 idi. Kəskin şəkildə ağırlaşdım. O həddə ki, artıq yaralarımın biri sağalmamış o biri başlayırdı. Sonra barmaqlarım əyilməyə başladı. 15 yaşıma çatanda mənim hər əlimdə artıq cəmi 1 barmaq qalmışdı. Ən sevdiyim məşğuliyyət rəsm çəkmk idi. Barmaqlarımı isə itirirdim.

Bu kəskinləşmədən sonra bir daha ayağa qalxa bilmədim. Yerimək istəyəndə damarlarım partlayır, əzələlərim şişir, dərimdə qorxunc yaralar yaranır, ayaq pəncələrim əyilirdi. İndi nə zamansa yeridiyimi xəyal kimi xatırlayıram. Pəncərədən baxıram dünyaya. Bu xəstəlik dişlərimin tökülməsi, daxili orqanlarımın xüsusilə, çoxlu sayda dərmanlar içdiyim üçün mədəmin də sağlığının pozulması ilə nəticələndi. Dişlərimi müalicə etdirmək mümkün deyil. Yeməyim isə uşaq yeməkləridir, yalnız püre və duru şorbalar içə bilirəm".

Daryanın ən böyük arzusu əlil arabası almaqdır. Yay fəslini sevmir. Çünki yayda ağcaqanadlar onu çiy ət parçası kimi görüb hücum edirlər və bu qızda yeni sağalmaz yaralar açır.

"Günüm rutin keçir, yuxudan dururam, anam sarğılarımı dəyişir. Buna nifrət edirəm. Uşaqlıqdan mumiya kimi sarğılar içində gəzirəm. Bədənimin sağlam yerlərini də yaralanmasın deyə sarımaq məcburiyyətindəyəm",- deyə o bildirib.

Darya 1 barmağı ilə fırça tutub rəsm çəkməyi öyrənib. Gözəl şəkillər çəkir. Bütün şəkillərində isə bir motiv mütləq diqqət çəkir. Həsrətlə uzaqlara baxan bir cüt qəmli göz var onun rəsmlərində.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1947   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Övladımı dünyaya gətirəndə ölümlə üz-üzə qaldım"

Aktyor Nicat Rəhimovun xanımı Ülviyyə Rəhimova övladlarının tək olması ilə bağlı ünvanlanan suallara münasibət bildirib. Axşam.az xəbər verir ki, o, bu tip sualların qeyri-etik olduğunu vurğulayıb:. "Kiməsə: "Niyə ikinci uşaq istəmirsiniz, "Aaa, tək olacaq, "Bir uşaq uşaq deyil"

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr