Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıbSentyabrın 23-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev Azərbaycan və Gürcüstan arasındakı tarixin dərinliklərindən gələn dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb, Azərbaycanın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından bəhs edərək bu kontekstdə parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb.

Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, eyni coğrafiyanın və ümumi maraqların da birləşdirdiyini deyən Arzu Nağıyev regional sülhün və əməkdaşlığın inkişafı istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında memorandumun əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan imkanları bütün platformalarda, o cümlədən mədəniyyət platformalarında dəstəkləməyə hazır olduqlarını bildirib.

Sonra, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərov, Gürcüstan parlamentinin üzvü Savalan Mirzoev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qeyd ediblər ki, ölkələrimiz arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə dəstəklənir. Çıxışçılar ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, mədəniyyətlərin Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə verə biləcəyi töhfələr, bu istiqamətdə səylərin birləşdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Görüşün sonunda Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze "Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi arasında əməkdaşlıq haqqında Memorandum"u imzalayıblar
Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıbAzərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıbAzərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıbAzərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıbAzərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 906   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

AZAL "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görüldü

"Azərbaycan Hava Yolları" AZAL (QSC) 2026-cı il "World Airline Awards" mükafatları çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, beynəlxalq hava nəqliyyatı reytin

18 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Azərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:. Bir olan Yaradanımızı

18 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Azərbaycan QHT-ləri ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri ilə əlaqədar Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:. "Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkredit

18 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr