Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb"Biz Ermənistanın xarici işər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində etdiyi çıxışında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsd edən və onun daxili işlərinə qarışan mövqe sərgiləməsini qınayırıq".

Sonxeber.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, nazir Mirzoyan Qarabağdakı keçmiş qanunsuz rejimin qalıqlarının kapitulyasiya bəyanatlarında da etiraf etdikləri kimi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz şəkildə yerləşdirilməsinə izahat vermək əvəzinə Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə imtina etməsi riyakarlıqdır:

"Xatırlatmaq istərdik ki, Azərbaycanın Qazax və Sədərək rayonlarının 8 səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır və o kəndlərin 10 minə yaxın əhalisi 30 ildir öz evlərinə qayıda bilmirlər. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, oradan bir milyona yaxın azərbaycanlını qovmasına, 20 mindən artıq azərbaycanlı mülki şəxsi öldürməsinə, minə yaxın Azərbaycan şəhər və kəndini dağıtmasına görə daşıdığı cavabdehliyi qarşılamaq və barışıq üçün hələ də lazımi addımlar atmayıb".

Bəyanatda Ermənistanın nazirinin Azərbaycanın Qarabağ bölgəsində guya humanitar problemlər olması barədə iddiası və oraya BMT-nin qurumlararası missiyasının göndərilməsi barədə təklifi ilə bağlı qeyd edilir ki, Ermənistanın atmalı olduğu addım Azərbaycana qarşı törətdiyi işğal, qətliam, etnik təmizləmə və dağıntılara görə məsuliyyəti üzərinə götürmək və Azərbaycan hökumətinin Qarabağda apardığı re-inteqrasiya və yenidən qurma işlərinə dəstək verməkdir.

Bununla yanaşı, vurğulanır ki, BMT-nin qurumlararası missiyasının getməli olduğu ölkə isə Ermənistandır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması prosesinə yardım etmək üçün BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsi üçün biz hələ bu ilin aprel ayında BMT-nin Baş katibinə müraciət etmişik. Lakin Ermənistan hökuməti razılıq vermədiyi üçün missiyanın orada göndərilməsi hələlik mümkün olmayıb.
"A.Mirzoyanın "Azərbaycan ordusunun və hüquq-mühafizə orqanlarının Qarabağdakı yaşayış məntəqələrindən geri çəkilməsi"nə, "BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi"nə çağırması olduqca məsuliyyətsiz və təhlükəli açıqlamadır. Özünün suverenliyini, ərazi bütövlüyünü, "qırmızı xətt"lərini daim qabardan Ermənistanın Azərbaycanı öz suveren ərazilərindən geri çəkilməyə çağırması bir daha rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddiasını, sadəcə bunu indi başqa ad altında pərdələməyə məcbur olmasını sübut edir. "BMT tərəfindən mandat verilmiş sülhməramlı qüvvələr" dedikdə yəqin ki erməni nazir Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərində yerləşdirilməsi kimi xam xəyalı nəzərdə tutur. Aydındır ki, bunu Avropa İttifaqı, Fransa, Almaniya kimi ölkələr A.Mirzoyanın çıxışına salıblar.

Ermənistan bilməlidir ki, Brüsseldə oturub boş-boş bəyanat verən Marina Kalyurand, Natali Luazo kimi səlibçilərə, Fransa, Almaniya, Litva, Estoniya kimi ölkələrə, Luis Okamponun cızmaqarasına, Snop Doqqun tvitinə arxalanıb Azərbaycana qarşı çirkin siyasətini davam etdirməklə sülhə nail olmaq olmaz.

A.Mirzoyanın çıxışı onu göstərir ki, daşnak və mağara təfəkkürlü erməni diplomatları bölgədə sülh və barışığa maneə olmaqla yanaşı, həm də Ermənistanın bu 30 il ərzində "baş tutmamış dövlət" olmasının əsas səbəbkarlarından biridir.

Demokratiyadan danışan erməni nazirə son günlər Ermənistanda baş verən vətəndaş müharibəsini, polis zorakılığını, kütləvi saxlanılmaları xatırladırıq.

Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qəsdini, onun daxili işlərinə qarışmağı dərhal dayandırmağı, Azərbaycanın işğal altında olan 8 kəndini azad etməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağı və bu məqsədlə, BMT-nin qurumlararası missiyasının Ermənistana göndərilməsinə razılıq verməyi tələb edirik", - bəyanatda əks olunur.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 922   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr