30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib - YENİLƏNİB - FOTO
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilib.
Report xəbər verir ki, şəhidin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır.
Cahid Nağıyevin meyitinin qalıqları doğulduğu Aşağı Seyidəhmədli kəndində torpağa tapşırılacaq.
***11:19
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun "Murquzlu" dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilir.
Report xəbər verir ki, şəhidin cənazəsi ailəsinin Bakının Nərimanov rayonunda yaşadığı evə gətirilib.
Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər.
Cahid Nağıyevin meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Füzuli rayonuna aparılacaq və doğulduğu Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.
***09:48
Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır.
Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.
O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, "Murquzlu" dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1808 Tarix: 28 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021