"Azərbaycan separatizmin kökünü kəsməklə Cənubi Qafqazda yeni dinc həyatın əsasını qoyur" - Aydın Hüseynov
"Azərbaycanda Qarabağdakı silahlı erməni birləşmələrinə qarşı lokal antiterror əməliyyatlarını uğurla başa çatdırmaqla və bölgədəki qondrama rejimin təslim edilməsinə nail olmaqla Xankəndinin tamamilə mərkəzi hakimiyyətə tabe olmasını təmin etdi".
Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, artıq özünü buraxdığını elan edən qondarma rejimin bu addımından sonra Qarabağdakı sepratçı üsul-idarə də tamamilə sırdan çıxımış oldu və Azərbaycanın bu qətiyyətli tədbirləri həm də erməni separatizminin də məhv olmasına, bölgədə 30 ildən artıqdır ki, qanlı faciələrə səbəb olan təcavüzkar siyasətin, terrrorizmin də kökünün kəsilməsinə imkan yaratmış oldu:
"Artıq sepratçılara liderlik etmiş şəxslərin, o cümlədən terroçuları silah və maddi yardımla təmin edən Ruben Vardanyanın həbs olunması bölgədə separatçı ünsürlərin son qalıqlarının da tamamilə zərərsizləşdirilməsinə səbəb olmaqla, Xankəndində Azərbaycanın inzibati sturukturlarının, icra və idaretmə qurumlarının fəaliyyətinin bərqərar edilməsini də təmin edir. Bu, hədsiz dərəcədə böyük qələbədir və 3 il əvvəl qazanılmış zəfərin yeni səhifəsidir".
Millət vəkili bildirib ki, bundan sonra Xankəndi, Ağdərə, Əsgəran və digər ərazilərimizdə sülh və dinc həyat, əmin-amanlıq başlayacaq:
"Bu əraziləri könüllü tərk edən ermənilərə şans verilib ki, onlar da Azərbaycan vətəndaşları kimi eyni hüquq və təminatlarla əhatə olunacaqlar və bu hüquqları dəyərləndirsənlər. Onların sırasında Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən minlərlə erməni var və həmin erməni sakinlərimizin bizim digər vətəndaşları kimi eyni iqtisadi, sosial, humanitar hüquqlarla təmin edilməsinə şübhə yoxdur. Onlar üçün yaşadıqları ərazilərdə zəruri infrastrukturların bərpası, komminikasiyalarn yenidən qurulması, müxtəlif sosial və iqtisadi obyektlərin inşası həyata keçiriləcək. Azərbaycan vətəndaşları olan ermənilərin yaşadığı ərazilərdəki problemlərin həlli, o cümlədən bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi təmin olunacaq".
A.Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tarixdə əbədi qalacaq bu addımları separatçı rejimlərin sonunun olmadığını göstərdi və sübut etdi ki, bölgədə yeganə yol sülhdür:
"Ona görə də, Azərbaycanın qətiyyəti sayəsində Cənubi Qafqazda sepratizmin yox olması və bütün xalqların birgə dinc qonşuluq şəraitində mehriban yaşamasını təmin edəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi