Vüqar Bayramov: "İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır"
İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır.
"Report" xəbər verir ki, bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, 2020-ci ildə münaqişə bitəndən sonra 300 nəfərdən çox dinc şəxs azad edilmiş Azərbaycan ərazilərində minaların qurbanı olub.
V.Bayramov hesab edir ki, azad edilmiş ərazilərin tədqiqi baxımıdan kosmik müşahidələrin aparılması xüsusi əhəmiyyət kəsb edir:
"Bu fakt bir daha kosmik müşahidələrin əhəmiyyətini artırır. Hesab edirəm ki, həmin ərazilərdə kosmik müşahidələr artırılmalıdır".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədr müavini Fuad Aslanov çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən xəbər verib.
F.Aslanovun sözlərinə görə, "Azərkosmos"un peykləri vasitəsi ilə təxminən 5 milyon kvadrat kilometrdən çox ərazidə tədqiqatlar aparılıb:
"Biz digər sahələrlə yanaşı, kənd təsərrüfatına da xüsusi diqqət yetiririk. Həmçinin qlobal istiləşmə dövründə baş verən dəyişiklikləri müşahidə edirik. Yerin müşahidə peykləri vasitəsi ilə baş verən prosesləri izləmək imkanımız olur.
"Azərkosmos" olaraq mariflənmə və kosmik sahədə təhsilə də üstünlük veririk. Bu məqsədlə ölkədə olan bir sıra təhsil müəssisələri ilə birbaşa işləyirik və bu işimizi davam etdirəcəyik".
"Azərkosmos" rəsmisi Azərbaycanın kosmos habına çevrilməsi üçün işlərin getdiyini də açıqlayıb:
"Azərbaycan regionun enerji, biznes və bir çox sahələrdə habına çevrilib. Ölkəmizin kosmos habına çevrilməsi üçün də əlimizdən gələn səyləri əsirgəməyəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 817 Tarix: 01 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr