"BMT missiyası Azərbaycanın sülhpərvər və humanist addımları ilə yerində tanış oldu" - Aydın Hüseynov

"BMT missiyası Azərbaycanın sülhpərvər və humanist addımları ilə yerində tanış oldu" - Aydın Hüseynov"Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında olduğu dövrdə Qarabağ probleminin sülh yolu ilə həlli üçün bütün səylərini və imkanlarını ortaya qoydu, beynəlxalq təşkilatlar qarşsında, BMT-nin ali kürsülərində ərazi bütövlüyünün təmin edilməsində sülhə sadiq olmasını sona qədər sübut etdi. Bu, ölkəmizin sülhpərvər, tolerant və multientik rəngarənglik dövləti olmasını, bölgədə qanlı toqquşmalara rəvac verən bütün meyillərdən kənarlaşdığını və beynəlxalq hüquqla təsbit edilmiş ali prinsiplərin yerinə yetirilməsində geridönməz iradə sərgilədiyini təsdiqlədi. Ermənistanın dayanmaq bilməyən aramsız təxrinat və yeni ərazi iddialarının qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasından təcili təxirəsalınmaz tədbirlər görülməsini tələb edən Cənab Prezident İlham Əliyev həmin kritik dönəmlərdə də yenə sülh imkanlarının tükənmədiyini beynəlxalq birliyə anlatdı. Ancaq Ermənistanın artıq dözülməz qanlı terror təxrinatları və yeni eskulasiyaları Azərbaycanı 44 günlük müharibəyə məcbur etdi və öz ərazi bütövlüyünü bərqərar etdi. Müharibədən sonra yenə də Azərbaycan bölgənin dayanıqlı təhlükəsizliyi və rifahı naminə bütün sülh təşəbbüslərini dəslədi. Bu, respublikamızın dövlət siyasətinin birbaşa sülh arxitekturasına əsaslandığını, humanizminin mahiyyətini nümayiş etdirir".

Bu barədə Sonxeber.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, 2020-ci ildə imzalanmış üçtərəfli sazişin icrasına tam riayət edən ölkəmiz Rusiya və Avropa İttifaqı Şurasınnı vasitəçiliyi aparılan sülh danışıqlarında da fəal mövqe ortaya qoyaraq bölgədə əbədi sülh üçün çox çalışdı:

"Ermənistanı sülh sazişi imzalamağa dəvət edən rəsmi Bakı kənar qüvvələrin bölgədə sabitliyi pozmağöa çalışan təhrikedici hərəkətlərinə rəğmən çox təmkinli və səbrli davranışla yenə də sülh missiyasına sadiqliyini qorudu. Azərbaycan ərazisində olan Ermənistanın silahlı birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması məsələsində də yenə Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquqa söykənərək şəffaf qərarlar qəbul etdi və həmin qərarların icrası üçün Ermənistanın 3 ilə yaxın davam edən hərəkətsizliyinə dözdü, ancaq insan ölümlərinə səbəb olan erməni təxribatlarının, mina terrorlarının qarşısını almaq üçün lokal anti-terror tədbirləri keçirdi və bölgəni sepratizm kimi zəhərli bir ideoloji bəadan xilas etdi. Azərbaycan öz vətəndaşları olan ermənilərin təhlükəsziliyi və dinc firavan həyatı üçün yenə də büyün imkanları səfərbər etdi, erməniləri könüllü olaraq Qarabağdan getməsində də ən humanist yanaşma sərgilədi, onların bütün zəruri ehtiyacları ödədi. Xankəndi və Qarabağın digər ərazilərində qalan və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilərin reiteqrasiyası üçün infrastrukturlar artıq oktyabrın 1-dən fəaliyyət başlayıb, tibbi xidmət personalı və digər sosial xidmətlər üzrə mütəxəssislər ermənilərə öz köməkliklərini göstərir. Bütün bunlar Azərbaycan hökumətinni həssas sayğısını və əsil humanizm simasını göstərir, prosesi əsil sülh modeli ilə idarə etdiyini təsdiqləyir. Bütün bu proseslərlə yerində tanış olmaq üçün BMT-nin müvafiq missiyasını bölgəyə dəvət etməklə nə qədər şəffaf və hadislərə əsil açıq obyektiv müstəvidən yanaşdığını sərgilədi".

A.Hüseynov bildirib ki, Azərbaycan BMT-nin missiyasını dəvət etməklə həm Qarabağda yaşayan erməni sakinlərə qarşı sülhpərvər davranışı nümayiş etdirir, həm də hüquqi və demokratik dövlət, açıq və şəffaf bir idaretmə modelini büynəlxalq birliyə göstərir:

"Eyni zamanda, bu açıq və hərtərəfli missiya aparmaq imkanlarını təmin etməklə ermənilərə qarşı zorakılıq tətbiq edilməsi barədə bəzi qüvvələrin yaratdığı saxtakarlıq mifini ifşa edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 853   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr