Azərbaycanda erməni əsilli vətəndaşların hüquqları necə qorunacaq?

Azərbaycanda erməni əsilli vətəndaşların hüquqları necə qorunacaq?İstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan keçirdiyi antiterror əməliyyatının nəticəsində Qarabağa tam nəzarəti ələ keçirdi. Erməni əsilli Qarabağ sakinləri oranı tərk etsələr də, bir çoxunun Azərbaycana qayıdıb vətəndaşlıq alması gözlənilir.

Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını qoruyacağını bildirir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, erməni əsilli vətəndaşlar üçün xüsusi bir qanunvericilik aktına ehtiyac yoxdur. Çünki Azərbaycanda qanunlar milli mənsubiyyətindən asılı olmadan hamını müdafiə edir:

"Erməni əsilli Qarabağ sakinlərinin öz evlərində qalıb yaşaması üçün heç bir əngəl yoxdur. Azərbaycan hökuməti prezident səviyyəsində elan etdi ki, onlar bizim vətəndaşlarımızdır. Azərbaycan ərazisində yaşayan digər vətəndaşlar kimi bütün hüquq və azadlıqlara malikdirlər. Qarabağda erməni əhalinin hər hansı zorakılığa məruz qaldığını görmürük. Rus və erməni mətbuatı bizə qarşı qərəzli olsalar belə onlarda da belə məlumatlara rast gəlinmir. Artıq orada Azərbaycan Miqrasiya İdarəsinin nümayəndələri oturublar. Onlar müraciətlərə baxırlar. Azərbaycan vətəndaşlığına keçmək istəyənlərin araşdırmaları aparılır. Güman edirəm ki, əli qana batmamış, böyük cinayət əməli törətməmiş hər bir erməni əsilli sakin rahatlıqla qalıb yaşaya biləcək. Artıq xüsusi bir qanunvericilik aktına ehtiyac yoxdur. Bizdə qanunlar milli mənsubiyyətindən asılı olmadan hamını müdafiə edir. Həmin sakinlərin gündəlik həyatını təmin etmək üçün orada tibbi yardım xidməti, kommunal təminat var. Onların rahat yaşaması üçün nə lazımdırsa, hamısı təmin olunub".

Hüquqşünas əlavə edib ki hər bölgədə olduğu kimi Qarabağda da cinayət ola bilər. Ancaq bunun ermənilərin milli mənsubiyyətinə görə olacağı gözlənilmir:

"Digər şəhər və rayonlarda cinayət olduğu kimi Qarabagda da cinayət olanda polis tərəfindən adekvat münasibət göstəriləcək. Ora köçən əhali də başa düşür ki, artıq müharibə bitib. Baxmayaraq ki, böyük itkilərimiz olub, azərbaycanlılar uzun illər məcburi köçkün həyatı yaşayıblar, yaxınlarını itiriblər, onlar başa düşür ki, bu dövrü atlamaq lazımdır. Mən inanmıram ki, onlardan kimsə erməni əsilli şəxslərdən qisas almaq, hər hansı cinayət törətmək istəyində olsun. Uzun müddət lazımdır ki, yerli əhali bir-birinə uyğunlaşsın, ağrılar bir az unudulsun. Ancaq ciddi bir hadisənin baş verəcəyinə inanmıram. Cinayət hadisəsi hər yerdə olur. Ancaq bunun etnik zəmində olacagına inanmıram. Qarabağda cinayət törədən Sumqayıtda, Bakıda da yaşasaydı cinayət törədəcəkdi".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

Azərbaycanda erməni əsilli vətəndaşların hüquqları necə qorunacaq?Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1662   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr