"İnanırıq ki, BMT-nin missiyası da Azərbaycanın humanizm siyasətini düzgün qiymətləndirib, ədalətli rəy bildirəcək"- DEPUTAT

"İnanırıq ki, BMT-nin missiyası da Azərbaycanın humanizm siyasətini düzgün qiymətləndirib, ədalətli rəy bildirəcək"- DEPUTAT"BMT-nin missiyasının 30 ildən sonra işğaldan azad olunmuş Qarabağa gəlməsi olduqca mütərəqqi haldır. Məlumdur ki, 30 il müddətində Ermənistan BMT-nin missiya göndərməsinə imkan verməmiş yaxud da məhdud missiyalardan sonra onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Ermənistanın 30 illik destruktiv yanaşmasından sonra BMT qətnamələrini təkbaşına icra edən Azərbaycanın öz torpaqlarına BMT-nin missiyasını dəvət etməsi dövlətin humanist mövqeyinin daha bir təzahürüdür. Onu da qeyd edək ki,bu səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçirilir. Azərbaycan haqlı olaraq BMT-nin missiyasından ədalətli mövqe nümayiş etdirməsini gözləyir. Nəzərə alsaq ki, BMT dünyanın ən böyük beynəlxalq təsisatıdır, bu zaman onun göndərdiyi missiyanın ədalətli rəy verməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, həm beynəlxalq hüquq və ədalət baxımından, həm də regionda sülh və sabitliyin bərqərar olması baxımından təkan rolunu oynayacaqdır".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan 30 il ərzində aidiyyəti qurumlardan, vasitəçi missiyasını üzərinə götürən dövlətlərdən ədalətli yanaşma gözlədi:

"Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə özünün haqlı mübarizəsini apardı. Təəssüflər olsun ki, ötən müddət ərzində problemin həllinə cavabdeh olan qurumlar selektiv mövqe nümayiş etdirərək, status-kvonun saxlanılmasına səy göstərdilər. Nəticə isə göz qabağındadır. İkili standartlarla barışmayacağını bütün tribunlardan səsləndirən Azərbaycan nəticədə haqq savaşına başladı və öz ərazi bütövlüyün və suverenliyini bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, beynəlxalq hüququ və ədaləti də bərpa etdi. Azərbaycan 44 günlük Vətən müharibəsindəki misilsiz qələbəsindən sonra sülh prosesinin başlanması üçün təşəbbüs göstərməklə özünün humanist və sülhpərvər mövqeyini də bütün dünyaya nümayiş etdirmiş oldu. Azərbaycanın bütün humanist addımlarına hər dəfə Ermənsitan riyakar, qərəzli destruktiv münasibət ilə cavab verdi. Nəticə də göz qabağındadır. Hər dəfə düşmən ağır məğlubiyyətə uğradı.

Sonuncu dəfə lokal antiterror əməliyyatı nəticəsində dövlətimiz öz suverenliyini tam bərpa etdi. İndi isə hər şeydən əli üzülən Ermənistan ölkəmizi etnik təmizləmə ilə ittiham etməyə çalışır. Guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirir. Halbuki, Azərbaycanın ermənilərə göstərdiyi humanist münasibət göz qabağındadır. Bölgəni tərk edən ermənilərdən niyə getdiklərini soruşanda hamısı istisnasız olaraq eyni cavabı verir: "gedin deyirlər biz də gedirik". Azərbaycan gedənlərə də, qalanlara da göstərdiyi humanizm və insanpərvərliklə Ermənsitanın bütün tezislərinin layiqli cavabını verir.
Onu da qeyd edək ki, BMT-nin missiyası səfər zamanı Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olub. Eləcə də, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilir. Artıq BMT missiyası Ağdam-Xankəndi yolu ilə, "Laçın" sərhəd-nəzarət buraxılış məntəqəsinə gedərək müşahidə aparıblar. Onlar Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik etdilər. Halbuki, dövlətimiz onlara vətəndaşlıq təklif edir".

Millət vəkili T.Cəfərova xüsusilə vurğulayıb ki, Azərbaycan çoxmillətli, çoxkonfessialı dövlətdir:

"Burada yaşayan bütün etnik qrupların, milli azlıqların ortaq dəyəri Azərbaycandır. Biz İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verdilər, şəhid, qazi oldular. Qarabağın erməni sakinləri də Azərbaycanda yaşayan digər millətlər kimi Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın digər vətəndaşları kimi Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn hüquqi təminatlar sözsüz ki, onlara da şamil olunacaqdır.
İnanırıq ki, BMT-nin missiyası da Azərbaycanın humanizm siyasətini yerində düzgün qiymətləndirəcək və ədalətli rəy bildirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1131   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr