"İran ölkəmizə qarşı təhqiramiz fikirlər səsləndirən mollaları cəzalandırmalı, dövlət başçısımızdan, xalqımızdan üzr istəməlidir" - DEPUTAT
"İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra dövlətimizin başçısının ünvanına səsləndirdiyi fikirlərə görə üzr istəməlidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, 7 yanvar tarixində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan-İran münasibətlərində yaşanan çətinliklərə toxunaraq İranın bəzi dini liderlərinin Azərbaycan və Türkiyə prezidentləri, həm də xalqları təhqir etməsini təəssüf doğurduğunu, həmin mollaları cəzalandırılmalıdır və Azərbaycandan üzr istəməli olduğunu qeyd etmişdi. İran tərəfi cənab prezident İlham Əliyevin bu fikrindən nəticə çıxarmaq əvəzinə növbəti dəfə bu cür addım atması iki ölkə arasında münasibətləri yenidən gərginləşdirməyə səbəb olacaq. Şübhəsiz ki, Ərdəbil və Qəzvin şəhərinin mollaları özbaşına siyasi məsələlərə qoşulub ölkəmizə qarşı təhqiramiz ifadələri işlətmirlər. Onlar mərkəzdən idarə olunur. Görünür cənab prezident İlham Əliyevin həm dünyada, həm də İranda artan nüfuzu və rəğbət İrandakı bəzi insanları qıcıqlandırır. Ona görə də bu cür sərsəm fikirlərlə mollalar ölkəmizi gözdən salmağa çalışırlar. Düşünürəm ki, bu cür təxribatlar həm dövlət başçımızın, həm də ölkəmizin gücünü dünyaya sübutudur".
Deputat vurğulayıb ki, Azərbaycanın qonşu ölkələrdən bəxti gətirməyib:
"44 günlük Vətən müharibəsində və 1 günlük anti-terror əməliyyatında əldə etdiyimiz möhtəşəm zəfərlər bir çox ölkələrin əsil üzünü bizə göstərdi. Eləcə də bizə dost görünən ölkələrin. Hesab edirəm mollalar gedib öz işləri ilə məşğul olsalar yaxşıdır. İran dövləti ölkəmizə qarşı təhqiramiz və absurd fikirlər səsləndirən yolları cəzalandırmalı, Azərbaycan Respublikasının Prezidentindən və xalqımızdan üzr istəməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi
Sabah hava necə olacaq?
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?