"İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq" - AÇIQLAMA

"İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq" - AÇIQLAMAİranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

Molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.

Bəs görəsən İran bu təxribatlarına görə Azərbaycandan üzr istəyə bilərmi?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az – a açıqlama verib:

"İran ilk dəfə deyil ki, bu "molla"lar üzərindən ölkəmizə qarşı qara piar kompaniyası aparır. Bu, ilk olmadığı kimi, böyük ehtimalla son da olmayacaq. İran özünü elə aparır ki, sanki bu şəxslər həqiqətən müstəqil iradəyə sahibdirlər və onlar subyektiv fikir səsləndirirlər. Lakin bu, belə deyil. Məlum məsələdir ki, İranda azad fikir, ifadə forması deyə birşey yoxdur. Orda molla rejimi totalitar, teokratik bir rejimdir və onların tabeliyində olan funksionerlər, əmmaməli trollar dəstəsi var. Bu dəstələr Allah fətvası əsasında danışdıqlarını iddia etsələr də, itaət etdikləri, Allah saydıqları "lider"lərinin üzərindən ölkəmizə və prezidentimizə təhqiramiz ifadələr səsləndirirlər. Aydın məsələdir ki, bu ifadələri səsləndirən şəxslər birbaşa İrandan təlimat alır. Tehran ancaq bu yolla Azərbaycana qarşı nəsə etdiyini düşünür. Bunlar çox ucuz və zəif taktikalardır. Məntiqlə baxsaq, İran Azərbaycandan daha güclüdür, ərazisi böyükdür. Amma buna rəğmən onlar bizə qarşı heç nə edə bilmir və bu onları narahat edir. Bu səbəbdən də belə variantlardan istifadə edirlər.
"İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq" - AÇIQLAMANəticə etibarı ilə mən bir üzr istəniləcəyini düşünmürəm. Amma münasibətlərin normallaşması üçün bir addım atıla bilər. Əslində Azərbaycanın İrandan üzr gözləntisi olduğunu da düşünmürəm. Çünki, biz İranın xislətinə bələdik. İran terrorist mahiyyətli, din adı altında iperealist maraqlarını irəli sürən ölkədən başqa birşey deyil. Orada istər şah olsun, istərsə də molla. Bu, onun xislətindən qaynaqlanan birşeydir. Buna görə də bizim belə bir rejimlə hər hansı uzlaşmaya gələcəyimizi düşünmürəm. Qısaca, İran və Azərbaycan münasibətləri bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq. İran öz şimalında Azərbaycan adlı bir dövlətin varlığını qəbul etmir, heç vaxt da etməyəcək. Çünki, həmin Azərbaycanın bir də cənubu var və bu cənub faktoru İranı hər zaman qorxudur. İran parçalanıb kiçilmədiyi təqdirdə aramızda sağlam əməkdaşlığın baş verəcəyinə inanmıram".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 14582   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17 noyabr
.

Ağdam - Qafqazın Xirosiması yenidən dirçəlir

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. 10 Noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasınd

16 noyabr
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15 noyabr
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

16 noyabr
.

İmzalanan Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sənəddir

"Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətini dəstəkləyir, bəşəri bir dövlət olduğu üçün Azərbaycanla əlaqələri müxtəlif istiqamətlərdə genişləndirirlər. Bu əlaqələr qarşılıqlı etimad, qarşılıqlı inam əsasında daha da möhkəmlənməkdədir". Bu fikirləri -a açıqlamasında tarixçi Abbasağ

17 noyabr
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

16 noyabr
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

15 noyabr
.

Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi əsasları mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfl

16 noyabr
.

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş stratej

16 noyabr