Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus zolaqları yaradır, əvəzində o biri zolaqlar işğal olunur, şəhər xaosa dönür. Nümunə üçün 20 Yanvarı misal göstərmək olar. Sumqayıt taksiləri isə bir zolağı tutur. Budur AYNA tərəfindən görülən iş? Nəqliyyat agentliyinin fəaliyyətini necə qiymətləndirirsiniz, nə təklifləriniz var?
Sonxeber.az xəbər verir ki, tribunainfo.az-ın sorğusunu cavablayan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ümumi olan avtomobil yolları vətəndaşlar tərəfindən müsbət qarşılanmır. Zolağın ayrılması, daha doğrusu zolağın itirilməsi insanlar tərəfindən rəğbətlə qarşılanmır.
Ekspertin sözlərinə görə, burada bir neçə məsələ var. Əsas məsələnin tərkibi ondan ibarətdir ki, şəxsi avtomobillər hesabına yox, ümumiyyətlə şəxsi avtomobillərdən az istifadə etmək insanlar tərəfindən daha təzahürlü olmalıdır. Yəni insanlar şəxsi avtomobillərdən imtinanı əsas olaraq götürsələr daha yaxşı olar.
"Çünki nəqliyyat vasitəsindən istifadə etmək nə qədər az olarsa, o qədər insanlar üçün ictimai nəqliyyatın əlçatanlığı rahat olar. İctimai nəqliyyatın alternivi çoxalar. İstər dəmir yollarının inkişafı, istərsə də avtomobil yollarının inkişafı üçün. Hərçənd ki, bunlar bərabər olsa daha məqsədəuyğun olar.
Ölkənin iki şəhəri ilə müqaisə etsək, Sumqayıt şəhərinin infrastrukturu ilə Bakı şəhərinin infrastrukturu eyni deyil. Ən azı küçələrin, hərəkət zolaqlarının sayı, genişliyi, onların tutum qabiliyyəti, əlçatanlığı, alternativliyi, mobilliyi, ümumi, texniki cəhətdən hazır olması şərtdir. Və bu şərt çərçivəsində biz hərəkət edə bilərik.
Digər bir məsələ isə AYNA tərəfindən düşünürük ki, ümumi olaraq bu proseslərin tərkib hissəsidir. Bu dövlət agentliyinin əməkdaşları bu məsələdə xüsusi olaraq sərnişindaşımağa taksi fəaliyyətilə məşğul olacaq şəraitin yaradılması, taksi parklarının salınması, pulsuz dayanacaqların tətbiqi, pulsuz dayanacaq növlərinin aşkara çıxarılması, avtobus zolaqlarından giriş və çıxışın təmin edilməsi, sərnişinlərin düşüb-minməsinə daha səmərəli yöntəm, bunlar hamısı saydıqca artan proseslərdir. Bu proseslərin cəlb olunması daha səmərəli bir element olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Qədim Şuşada gözəllik yaradılır
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi
Sabah hava necə olacaq?
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?