Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər – VİDEO

Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər – VİDEOBakıda, Həsən Əliyev küçəsində yerləşən Avrasiya Hospitalında baş verən faciənin təfərrüatları məlum olub.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, 2024-cü il d ekabrın 14-də Hospitalda Kürdəmirdə doğulan, Bakı şəhəri, Xətai rayonunda yaşayan Məmmədov Arif Əlisəfa oğlu həkim səhlənkarlğından dünyasını dəyişib. Bu haqda redaksiyaya mərhumun qardaşı Mais Məmmədov xəbər verib. O, qardaşının aldadılaraq hospitala dəvət edildiyini və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişdiyini deyib. Zərərçəkən tərəf olaraq hospitalı ittiham edən

Mais bəy cumhuriyyet.az-a onu da bildirib ki, qardaşı dünyasını dəyişdikdən sonra onun ölümünü yaxınlarına bildirməməklə daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini, oksigen aparatına qoşulduğunu deyib və cinaytin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, müxtəlif fəsadlardan olduğunu bildirmək istəyiblər. Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının tələb və təzyiqindən sonra nməhayət ölüm faktını etiraf ediblər.

Mərhum Arif Məmmədov hadisədən 14 gün əvvəl, noyabrın 30 da adı çəkilən hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, 14 gündən sonra Bakıda olacaq və daha iki damara stend qoyulacaq. Xatırladaq ki, o Türkiyə Cümhuriyyətində işləyir və ayda iki dəfə gəlib burada əməliyyat edir. Onun üçün xəstələri Zəhra adında tibb işçisi toplayır. Bu dəfə də elə olur. Arif həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir. Onu həkim inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər. 14 saat 17 də uğursuzluqla nəticələnən əməliyyat başlayır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır. Mənə iynə vurdular, halım daha da pisləşib.

Lakin həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir.

əhşətli olaylardan biri də ondaan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 azn ə gərə heç bir sənəd də verməyiblər.

Dünyasını dəyişən Arifin qardaşı hospitalın liftinə minmək istədikdə, liftin şaxtasına yıxılır. 8 qabırğası, diz və çanaq oynaqları, digər əzaları sınır və çat veruir. Baclılarının ürəyi gedir, lakin hospitalda heç bir ilk tibbi yardım göstərilmir. Neftçalada toyda olan baş həkim Azər Nağıyevə zəng olunur. Bundan sonra bir şəfqət bacısı yaxınlaşır, hospitalda ağrı kəsici iynənin belə olmadığını deyir. Məcbur olub, Hospitala təcili tibbi yardım çağırılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3607   Tarix: 13 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Saxta sənədlərlə mənzil satışı: Alıcı özünü dələduzluqdan necə qoruya bilər? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlak bazarında alqı-satqı zamanı alıcıların qarşılaşdığı ən ciddi risklərdən biri saxta sənədlərlə satış və dələduzluq hallarının baş verməsidir. Bəzən vətəndaşlar illərlə topladıqları vəsaiti mənzil və ya torpaq sahəsi almağa sərf etsələr də, sonradan əmlakın başqa şəxsə məxsus olduğunu, sənədləri

3 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr