Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan saxlanılaraq Bakıya gətiriliblər
Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun"partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş "parlament sədri" David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Bakıya gətiriliblər.
Bu barədə DTX-nın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, 2020-cil sentyabrın 27-də Vətən müharibəsini qələbə ilə bitməsindən sonra Üçtərəfli Bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan özü qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb