"Sarkisyan və Köçəryan gec-tez Azərbaycan məhkəməsi qarşısında cavab verəcək"-AÇIQLAMA

"Sarkisyan və Köçəryan gec-tez Azərbaycan məhkəməsi qarşısında cavab verəcək"-AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanı saxlayıblar. Qondarma rejimin keçmiş "prezidenti" törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilir. Qarabağda kütləvi terror aktları törədən, Xocalı soyqırımının qatili, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandır. Bəs Serj Sarkisyan törədiyi cinayət əməllərinə görə Azərbaycana gətirilə bilər?

Bununla bağlı BiG.AZ-a danışan "Konstitusiya Araşdırmaları" Fondunun prezidenti, ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev deyib ki, nəzəri baxımından Serj Sarkisyanın həbs edilib Azərbaycana gətirilməsi mümkündür. Eyni zamanda o şəxs insanlıq əleyhinə olan cinayətlərdə ittiham olunur:

"Heç şübhəsiz ki, bu cinayətlərin daimi olaraq əməllərinə görə məsuliyyət ilə bağlı müddət yoxdur. Yəni müddətsiz cinayətlərdir. Çünki insanlıq əleyhinə, bəşəriyyət əleyhinə, müharibə cinayətlərdir. Bununla bağlı, nə zaman onlar ələ keçiriləcəksə, onları saxlamaq mümkündürsə hər zaman cinayət məsuliyyətinə cəlb etmək mümkündür. Bu baxımdan cinayət məsuliyyətinə cəlb etmə müddəti yoxdur. Yəni hansısa müddət baxımından başa çatsın. Digər tərəfdən Azərbaycan - Ermənistan arasında ekstradisiya edilməsi, cinayətkarın verilməsi ilə bağlı hər hansı bir müqavilə yoxdur. Ona görə bu müqavilə olmadığı üçün belə bir öhdəlik yoxdur. Həm inanmıram ki, Ermənistanın öz vətəndaşını- Sarkisyan, Köçəryanı Azərbaycana vermiş olsunlar"

O bildirib ki, gələcəkdə sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması ilə şübhəsiz ki, bu hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər: Bu gün praktik baxımından onların ölkəyə gətirilməsi ilə bağlı çox ciddi problemlər var. Bu məsələyə Ermənistan cəmiyyəti, dövləti fərqli yanaşır. Onlar tərəfindən həmin cinayətkarların verilməsi məsələsi hazırkı şərtlər daxilində biraz real hesab etmirəm. Amma əlbəttə ki, biz hər zaman harada olmasından asılı olmayaraq bəşəriyyət və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslər hər zaman məsuliyyətə cəlb etmək hüququmuz var. Hal-hazırda onların saxlanılması ilə bağlı mümkünsüz olduğu üçün cinayət işi dayandırılıb. Lakin müvafiq istintaq hərəkətləri davam etdirilir. Hansı ölkədə olmasından asılı olmayaraq Azərbaycan tərəfi həmin ölkələr ilə bağladığı "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqaviləyə əsasən onlar bu cinayətkarları verə bilərlər. Eyni zamanda, Azərbaycan şəxslərin verilməsi ,ekstradisiyası ilə bağlı Avropa Konvensiyasına qoşulub. Bu konvensiyada bir sıra öhdəliklər var. Həmin öhdəliklərə görə, hansı ölkədə varsa cinayətdə ittiham olunan şəxs verilməlidir. Çox təəsüf ki, bir çox hallarda belə məsələlərdə ölkələr tərəddüd edirlər. Eyni zamanda həmin şəxslər Azərbaycan tərəfindən interpola verilib. Amma bunun reallıqda necə olub olmaması ilə bağlı problemlər var".

Əliməmməd Nuriyev qeyd edib ki, bütün hallarda cinayətkarlar həbs olunacaqlar. Müharibə cinayətini törətmiş Köçəryan və Sarkisyan Bako Saakyan və digər şəxslər kimi saxlanılacaq:

"Hazırda saxlanılan separatçıların rəhbərləri müharibə cinayəti törətməkdə, terrorizmin maliyyələşdirməsi maddələri ilə ittiham olunurlar. Onlar ilə bağlı müvafiq istintaq hərəkətləri gedir. Yəqin ki cinayət rəqibləri başa çatdıqdan sonra məhkəmə qarşısında dayanacaqlar. Onlarda həmçinin belə bir gün gözləyir. Çünki ilahi ədalət və hüquqi məsuliyyət deyilən bir məsələ var. Bu şəxslər əməllərinə görə məsuliyyətə cəlb ediləcəklər. Onlar bir gün Azərbaycan məhkəməsi qarşısında dayanacaqlar. İndi bu gün baş verməsə də zamana ehtiyac var. Belə bir fikir yaranmışdı ki, Arayik Arutyunyan və Bako Saakyan, digərləri saxlanılmaq imkanları yoxdur. Zaman artıq dəyişdi. Cənab Prezident hər zaman deyib ki, Azərbaycan xalqına, insanlıq əleyhinə müharibə cinayəti törətmiş şəxslər gec-tez Azərbaycan məhkəmələri qarşısında çıxacaqlar. Bu proses baş verir və əminəm ki, nə vaxtsa Köçəryan və Sarkisyan bu taleyi ilə rastlaşacaqlar".

Qeyd edək ki, Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), "Daşnakasutyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş "parlament sədri" David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan DTX tərəfindən Bakıya gətiriliblər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2049   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun
.

"Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik" - MEDİA

Medianın İnkişafı Agentliyi (MEDİA) Fransanın tanınmış mətbuat orqanlarının Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başladığı ilə bağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir:. "Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağl

13 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun