Erməni jurnalist Zaxarovanın brifinqində Paşinyan hakimiyyətinin legitimliyini tanımadığını bildirib
Ermənistanın "Verelq" nəşrinin jurnalisti Ayk Xalatyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin həftəlik brifinqində Nikol Paşinyanın hakimiyyətinin legitimliyini şübhə altına alıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, brifinq zamanı təxribatçı suallar verən erməni jurnalistlə Zaxarova arasında mübahisə yaranıb.
Azərbaycan tərəfindən saxlanılan separatçılarının liderlərinin geri qaytarılması və ümumiyyətlə regionda baş verən proseslərlə bağlı suallara cavabında Rusiya XİN sözçüsü Xalatyandan "Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb, siz tanımırsınız?" sualına cavab soruşub. Xalatyan isə hətta Paşinyan hakimiyyətinin legitimliyini tanımadığını söyləyib. Zaxarova isə Rusiya XİN-in həftəlik brifinqində Ermənistan mediasını təmsil edən jurnalistin öz hakimiyyətinin legitimliyini şübhə altına aldığını təəccüblə bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb