Bakıda "xüsusi üsul"la xaricə 750 min manat köçürənlər ələ keçdilər

Bakıda "xüsusi üsul"la xaricə 750 min manat köçürənlər ələ keçdilərİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin əldə etdiyi məlumat nəticəsində müəyyən olunub ki, Bakı sakini Şəhriyar Hafiz oğlu Əkbərov digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, "Laçın" və "Sədərək" ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən razılıq əldə edərək onlara məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər.

Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 % qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (Dubay şəhərində) pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz olaraq köçürmələr təşkil ediblər.

Qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Ramin Akif oğlu Soltanov və Əlzamin Abdulsəməd oğlu Abızadə vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki biznes mərkəzində icarəyə götürülmüş ofisdə Raman Şahin oğlu Nağıyevə verilib. Sonuncu isə qanunsuz köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə, Çin və Dubaydakı etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin köçürülməsi fəaliyyətini təşkil edib.

Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki biznes mərkəzinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Əlzamin Abızadənin idarə etdiyi "Toyota Prius" markalı 90-TY-929 dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Ramin Soltanov və Raman Nağıyevi saxlayıblar. Dəstənin biznes mərkəzindəki ofisində iki nəfər hal şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib.

Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin R.Nağıyevə məxsus əl çantasında cəmi 318 190 ABŞ dolları və 208 410 manat olmaqla, ümumilikdə 749 333 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul əsginasları aşkar edilərək götürülüb.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və yaxud xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olması faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər 749 333 manat pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə köçürülməsini təşkil edib. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Əkbərov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1869   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr