Azərbaycanda banklarla müştəri arasında qiymətləndirmə ilə bağlı mübahisələr aradan qaldırılacaq
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi konseptual olaraq sektorda yeni yanaşmanın tətbiqinə imkan verəcək".
Sonxeber xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, uzun müddət qiymətləndirmə ilə bağlı meyarların tam olaraq formalaşmaması bu sektorda bir sıra çatışmazlıq və mübahisələrə gətirib çıxarırdı:
"Qanun layhəsi bu problemlərin həllinə dəstək olacaq. Bir sıra sektorlarda, xüsusən banklarla müştəri arasında girovun, əmlakın qiymətləndirilməsi ilə bağlı mübahisələr olurdu. Banklar özünə yaxın qiymətləndirici qurumlar yaradırdı və əmlakı dəyərindən aşağı qiymətləndirirdi. Qanun layihəsi bu tip və digər problemləri aradan qaldıracaq və konkret yeni meyarların tətbiqinə imkan verəcək".
V. Bayramov əlavə edib ki, qiymətləndirmə ilə bağlı obyektin daha dəqiq müəyyənləşdirilməsi məsələsi də layihədə əksini tapmalıdır: "O cümlədən rəqabətin qiymətləndirilməsi kimi məsələlərin də qanun layihəsinə əlavə edilməsinə ehtiyac var".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 819 Tarix: 06 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabr