"Maddi-mədəni irsimizin qorunması" layihəsi şimal bölgəsində icra edildi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Zirvə" mədəniyyət və incəsənət ictimai birliyinin 01.07.2023-cü il və 30.09.2023-cü il tarixi əhatə edən "Maddi-mədəni irsimizin qorunması" layihəsi Qusar, Quba, Xaçmaz inzibati bölgələrində öz tədbirlərini yekunlaşdırdı.
Üç tədbirdən ibarət layihəyə, Qusar Rayon Mədəniyyət Mərkəzində, Quba rayon QHT-lərə Regional Dəstək və Təlim Mərkəzində, Xaçmaz Rayon Köhnə Xaçmaz Kəndi Tam Orta Məktəbində 89 nəfər yeniyetmə və gənc birbaşa cəlb olunmuşlar.Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənclər, Maddi-mədəni irsimizin qorunması mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 8 000 nəfərdən çox yeniyetmə və gənc bu layihədən xəbərdar olmuş, yeniyetmə və gənclər maddi-mədəni irsimizlə, daşınar və daşınmaz tarixi sənət nümunələrimizlə tanış olmuş, dolayı yolla maariflənmişlər.
Tədbirlərdə himnimiz oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, "Zirvə" mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, "Maddi-mədəni irsimizin qorunması" layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonra, təşkilat və layihə haqqında məlumat verərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması haqda, son genişmiqyaslı antiterror əməliyyatları haqqında məlumat verdi. O, maddi-mədəni irsimizin qorunması haqqında geniş, maarifləndirici məlumatlar verərək, maddi-mədəni, tarixi abidələrimizin ümumxalq məsələsi olduğunu, eyni zamanda, mədəni irs məhz bizim uzun, əhəmiyyətli varlığımızın sübutu kimi xarici qonaqlara göstərdiyimiz və ən çox fəxr etdiyimiz sahələrdən biri olduğunu vurğuladı.
Rəsmi şəxslər və ekspertlər çıxışçün söz alaraq maddi-mədəni irsimizin qorunmasının milli təhlükəsizlik məsələsi olduğunu, bu istiqamətdə yeniyetmə və gənclərin maarifləndirilməsinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etdilər. Çıxışları zamanı bildirdilər ki, "Maddi-mədəni irsimizin qorunması" layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil, eyni zamanda ən-ənə olaraq, nəsildən-nəsilə ötürülməklə gələcək nəsillərin maariflənməsinə hesablanıb. Əlavə olaraq bildirdilər ki, xalqımızın maddi-mədəni irsinin sərhədləri fiziki sərhədlərimizdən yüz dəfə çoxdur.Belə ki, klassik Azərbaycan şairi Məhəmməd Fizulinin məzarının İrakda, cahana sığmayan klassik şairimiz İmadəddin Nəsiminin məzarının Suriyada, dünya mədəniyyət mərkəzlərini, muzeylərini bəzəyən maddi-mədəni, ədəbi, mənəvi abidələrimizin olması bütün burada səsləndirilənlərin bariz sübutudur deyə xüsusi qeyd etdilər.
Layihənin icrası zamanı keçirilən tədbirlərdə yeniyetmə və gənclərin milli-mədəni irsimizin qorunması mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin, səhifələrin yaradılması, diqqətdən kənarda qalan, dağılmaqda olan maddi-mədəni, tarixi abidələrimizin siyahısının hazırlanaraq, aidiyyatı qurumlara göndərilməsi, çap edilməsi və s. təklif və mövzuları əhatə edən maraqlı çıxışlardan sonra yeniyetmə və gəncləri narahat edən bütün suallar cavablandırıldı. Rəsm, toxuculuq sahəsində uğur qazanmış yeniyetmələrin əl işləri tədbir iştirakçılarına nümayiş olundu.
Tədbirlərin yekunu zamanı İcra Hakimiyyətlərinin rəsmi şəxsləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, maddi-mədəni, tarixi irsimizin qorunması mövzusunda maarifləndirici tədbirlərin keçirilməsinin vətənimizin, dövlətimizin, xalqımızın gələcəyinin indidən maariflənmiş, öz maddi-mədəni irsinə sayqıyla yanaşan, məlumatlı yeniyetmə və gənclərimizə ötürülməsi ölkəmizin gələcəyinin daha parlaq olacağını indidən təminatı kimi qiymətləndirə bilərik deyə vurğuladılar.
Sonda tədbir iştirakçılarına bukletlər, dəftərxana ləvazimatları paylandı.









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Gələcəkdə yay yarım il davam edə bilər
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı