Evlərini və maşınlarını satsalar da, əməliyyat üçün pulları çatmır: Lalənin valideynləri fəryad edirlər - FOTO
Dörd yaşlı Lalənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aytən Hüseynova məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:
"Lalənin dörd yaşı var, doğulandan son dövrlərə qədər səhhətində heç vaxt ciddi problem olmayıb. Altı ay öncə isə övladımın qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrənmişik. Həmin gündən indiyə qədər lazım olan bütün müalicələrini etmişik, amma həkimlər qeyd edirlər ki, mütləq Laləyə qaraciyər köçürülməli, əməliyyat olunmalıdır".
Aytən Hüseynova əməliyyat üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Lalənin donoru öz əmisi oğlu olacaq. Əməliyyat üçün isə bizə ümumilikdə 76 000 manat lazımdır. Həmin məbləği toplamaq üçün evimizi və maşınımızı satmışıq. Amma hələ də 6 000 manatımız çatmır. Xahiş edirəm ki, yardımsevər şəxslər bizi bu yolda tək buraxmasınlar".
Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb. Valideynə bildirilib ki, Nazirlər Kabinetinin Xidmətlər Zərfinə 04.08.2023-cü il tarixli düzəliş edilməsi barədə qərarına əsasən, qaraciyər köçürülməsi əməliyyatı təminata alınıb. Lakin valideyn gözləmək istəmədiyini bildirib və əməliyyatın qısa zamanda Türkiyə Respublikasında icra olunmasını istəyib.
Ailə ilə əlaqə: (055) 678-85-89





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2059 Tarix: 06 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr