Ombudsman David Babayanı qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib.
Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələbləri əsasında keçirilmiş başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Davit Klimoviç Babayan da konfidensial qaydada qəbul edilib.
3 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Davit Klimoviç Babayan Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb. Müraciətləri Ombudsman tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub.
D.Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub.
Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmana müraciət imkanını izah edən nəşrlər də təqdim edilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1071 Tarix: 06 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi
Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel
9 iyunAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili
9 iyunPrezident portuqaliyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
10 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT
"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond
11 iyun