Xocalıda 9 yaşında əsir düşmüş, Nərgiz:"Gözümün qabağında atamın dişlərini çəkdilər" VİDEO/Müsahibə
Xocalıda əsir düşən, 9 yaşlı Nərgiz Mahmudovanın artıq 40 yaşı var.
BiG.AZ xəbər verir ki, o, ailəsi ilə birgə erməni girovluğunda başına gələn müsibətləri danışıb
"Xocalı dörd tərəfdən mühasirəyə alınmışdır.. Mənim 9 yaşım vardı. Bacımın əlindən tutdum. Atamın, anamın, bacılarımın, qardaşlarımın - hamımızın ayağı buz bağlamışdı. Mən gedə bilmirdim. Məni bacım, qardaşım qucaqlarında daşıyırdı. Uzaqdan Ağdam görünürdü. Amma meşədə yolu axtarıb tapa bilmirdik. Atamın bacısı, qardaşımın 8 aylıq həyat yoldaşı burada güllələndi. Ağ qar qıpqırmızı olmuşdu...
Yolu səhv saldıqdan sonra ermənilərlə qarşılaşdıq. Onlar bizi tövləyə apardılar. Bizim ən əzablı günlərimiz başladı. Kişiləri, cavan oğlanları gözümüzün qabağında döyürdülər. Mənim atamı orada döydülər, qabırğalarını sındırdılar, dişlərini çəkdilər. Onlar uşağa, qadına heç kimə baxmırdı. Hamını döyürdülər Bir həftəyə yaxın biz əsirlikdə qaldıq.
Əsirlikdən qurtulandan sonra, o çəkilişi Çingiz Mustafayev - Milli Qəhrəmanımız çəkmişdi. O videoya əvvəl heç baxa bilmirdim. İndi isə hissə hissə baxıram. Erməni bizdə sağalmaz yara qoydu. Bu gün mənim 40 yaşım var amma o qorxuyu adlada bilməmişəm".
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1816 Tarix: 07 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr