Keçmə etibarsız körpüdən: Payız gəlib, təhlükə artıb

Keçmə etibarsız körpüdən: Payız gəlib, təhlükə artıbÖtən ay intensiv yağış, sel suları ilə müşahidə edilən kəskin hava şəraiti bir sıra ağır fəsadlara səbəb olub. İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Xaçmaz rayonunda Qudyalçay üzərində yerləşən körpünün uçması ilə nəticələnib.

Son bir neçə həftədə hava mülayim olsa da, bölgələrdə körpülərin vəziyyəti əhalini ciddi şəkildə narahat edir. Xaçmaz sakinlərindən daxil olan şikayətə görə, Xaspoladoba kəndində təxminən 15 il əvvəl inşa edilən körpü də artıq qəzalı vəziyyətdədir. Kənd sakinləri iddia edirlər ki, körpüdən ağırtonnajlı yük avtomobilləri keçdiyi üçün istismar müddəti başa çatmamış sıradan çıxıb: "Qudyalçay üzərində yerləşən körpünün uçması faciə idi. İkinci belə bir faciə hər an Xaspoladoba kəndindəki körpüdə də baş verə bilər. Sakinlər qorxaraq hərəkət edir. Müvafiq qurumlara müraciət etsək də, heç kim maraqlanmır. Qarşıdan qış gəlir, gərək bir hadisə olsun, sonra hamı gəlsin maraqlansın?"

Qəzalı vəziyyətdə olduğu üçün sakinlərin həyatını təhlükəyə atan belə körpülərdən biri də Astara rayonunun yeddi mindən çox əhalisinin gündəlik istifadə etdiyi Şiyəkəran kəndinin mərkəzində olan körpüdür. Sakinlər deyir ki, körpünün dayaq sütunları artıq çürüyüb: "Körpünün üzərindəki çatları görməmək mümkün deyil. Xaçmazda olduğu kimi, bir də sel gəlsə, bu körpüdə də faciə olacaq. İllərdir bələdiyyə, icra orqanlarına deyirik, ancaq nəticə yoxdur".

Önləyici tədbirlər görülməlidir

Ümumiyyətlə, ölkə ərazisindəki körpülərin durumuna necə nəzarət edilir? Körpülər istismara verildikdən sonra onlara nəzarəti kim həyata keçirir? Nəzarət mexanizmi necədir, monitorinqlər hansı intervalla aparılır?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, Azərbaycanda yol infrastrukturunda inşa edilən qurğuların keyfiyyətində problem olmasa da, istismarında bəzi boşluqlar var. Bu hallar dünyanın fərqli nöqtələrində də müşahidə edilir: "Qlobal istiləşmə, iqlim dəyişikliyi süni qurğularda fəsadsız ötüşmür. Amma qabaqlayıcı tədbirlər görülməlidir. Məsələn, Türkiyədə sonuncu dəfə qeydə alınan genişmiqyaslı yeraltı təkanlardan sonra Azərbaycan Dəmir Yolları (ADY), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkənin yol infrastrukturunda mütəmadi monitorinq aparılması ilə bağlı məlumatlar paylaşırlar. Bunu daha intensiv şəkildə etmək lazımdır. Tək yol infrastrukturu deyil, bütün infrastrukturlar təftiş olunmalıdır. Çünki qəza qaçılmazdır, təbii hadisələr fonunda isə dəyişikliklər mütləq olur. Əsas məqsəd insan tələfatına yol verə biləcək halların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin zamanında görülməsidir. Artıq şimal və cənubda intensiv yağışlardan sonra iki körpünün dağılmasının şahidi olduq. Bundan öncəki illərdə belə hadisələr qeydə alınmamışdı. Ona görə də, aidiyyəti üzrə müvafiq qabaqlayıcı tədbirlərin görülməsini zəruri edən məqamlar müşahidə edildikdə dərhal tədbirlər görülməlidir".

Ekspert onu da əlavə edib ki, heç bir ölkə təbiət hadisələri səbəbindən körpülərin uçması da daxil, bir çox başqa fəsadlardan sığortalanmayıb: "Amma qəzaların fəsadlarının aradan qaldırılması üçün müasir çıxış yolları mövcuddur. Müvəqqəti körpülər var. Hansı ki, onlar bir həftə və ya iki ay ərzində qurula bilir. Hökumət bu məqamı da nəzərdə tutmalıdır".

2006-cı ildən sonra tikilən körpülərdə uçma qeydə alınmayıb

R.Ağazmirzəyevin sözlərinə görə, son 17 ildə ölkə ərazisində körpü uçmasına dair məlumata çox nadir hallarda rast gəlinib: "Bu müddətdə bir-iki körpü uçmuş olar ki, onlar da ensiz yollardakı köhnə körpülər idi. Amma 2006-cı ildən bu günədək tikilən körpülərdə uçma halı qeydə alınmayıb".

AAYDA-nın rəsmi saytındakı məlumatlara görə, ölkədə ümumi avtomobil yollarındakı körpülərin sayı 1531-dir. Xaçmaz körpüsündə daha öncə problem müşahidə edilməyib.

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, mütəmadi olaraq avtomobil yolları üzərində yerləşən bütün yol qurğularına baxış keçirilir: "Baxış keçirilən zaman hər hansı problem aşkarlanarsa, dərhal aidiyyəti üzrə məlumat verilir və həmin problemin aradan qaldırılması istiqamətində zəruri addımlar atılır. Təbii ki, heç kim təbii fəlakətdən sığortalanmayıb və bu səbəbdən avtomobil yollarında da hər hansı hadisə baş verə bilər. Xaçmaz rayonunda təbii fəlakət nəticəsində qeydə alınan körpü uçması da məhz buna misaldır. Həmin körpü işlək vəziyyətdə idi və istismar olunurdu. O körpüdə daha öncə hər hansı ciddi problem müşahidə edilməyib. Digər ərazilərdə, xüsusilə cənub bölgəsi üzrə körpülərin müəyyən hissələrinin, yanaşma yollarının yuyulması da qeydə alınıb. Təbii ki, bunlar gözlənilə bilən hallardır. Amma mütəmadi olaraq yollara və yol qurğularına daim nəzarət olunur".

A.Nəcəfli onu da əlavə edib ki, söhbət AAYDA balansında olan yerli və respublika əhəmiyyətli avtomobil yolları üzərində yerləşən körpülərdən gedir. Hər hansı bir ərazidə kustar üsulla inşa edilən körpüdən yox: "Qurumun balansında olan körpülərin statistikasına nəzər salsaq, təbiət hadisələri nəticəsində dağılmış, uçmuş körpülərin sayı çox azdır. Bir neçə il öncə bənzər hadisə yanaşma yolunun yuyulması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu üzərində, Göyçay rayonu ərazisində qeydə alınmışdı. Sonuncu belə hadisə isə Xaçmaz rayonunda qeydə alındı". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1029   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr