Gürcü politoloq: "Azərbaycanın tarixi ərazilərini bərpa etməsi gürcü xalqı və dövləti üçün xoş bir haldır"
"Azərbaycan öz tarixi ərazilərini bərpa edib. Bu gürcü xalqı və dövləti üçün də çox xoş bir haldır. Çünki, Gürcüstanın da bənzər problemləri var və Azərbaycan nümunəsi gürcü xalqını ruhlandırır".
Bu sözləri "Report"un yerli bürosuna gürcü politoloq Tengiz Txilava deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin region üçün təklif elədiyi bütün strateji layihələrdə Gürcüstan aktiv iştirak edəcək.
"25 il bundan öncə Azərbaycan-Gürcüstan dostluğuna həm də strateji tərəfdaşlıq əlavə olundu. Mühüm bir çox ortaq layihələri Azərbaycan Gürcüstanın iştirakı ilə ölkəmizin ərazisindən keçməklə reallaşdırır", - deyə politoloq vurğulayıb.
"Gürcüstan və Azərbaycan arasında bir çox ortaq nöqtələr var. Bunlardan ən vacibi isə çoxmillətlilik və tolerantlıqdır. Azərbaycanda gürcü, erməni, rus, yunan və digər xalqlar eyni hüquqlar çərçivəsində rahat şəkildə yaşayır. Gürcüstanda da həmçinin azərbaycanlı, erməni, gürcü xalqları birgə yaşaya bilirlər. Heç vaxt da onları heç kim sıxışdırmayıb", - deyə politoloq qeyd edib.
Gürcü politoloq fəxrlə bildirib ki, ümummilli lider Heydər Əliyevin Gürcüstana ziyarəti zamanı yerli ictimaiyyət nümayəndələri ilə görüşlərində iştirak edib:
"Daha sonra isə bir neçə dəfə cənab Prezident İlham Əliyevlə də görüşmüşəm. Bakı və bölgələrində bir çox filmlər çəkmişəm. Özüm də şahidi olmuşam ki, Bakı və digər şəhərlər necə inkişaf edib".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb