Keçəlliyə son qoymağın müasir yolu: Kimə saç əkdirmək olmaz? - ARAŞDIRMA

Keçəlliyə son qoymağın müasir yolu: Kimə saç əkdirmək olmaz? - ARAŞDIRMABilirik ki, bəzən insanlar saç tökülməsindən əziyyət çəkirlər. Bu isə xarici görünüşlə bağlı problemlərə səbəb olur. Son illər insanlar bu problemin həlli üçün saç transplantasiyasına müraciət edirlər. Buna saç əkimi də deyirlər. Saç əkimi ilk dəfə 1930-cu ildə Yaponiyada, 1950-ci illərdən isə artıq qərb ölkələrində aparılmağa başlayıb. Qadınlar və kişilər bu üsuldan geniş istifadə edirlər. Keçəlləşmə bir çox səbəblərdən, amma daha çox genetik faktorlardan qaynaqlanaraq baş verir. Xüsusən də kişilərdə müəyyən yaşdan sonra saç tökümü prosesi başlayır. Amma saç əkiminə müraciət üçün səbəb təkcə bu deyil. Müəyyən xəsarət, əməliyyat və yanıqlardan sonra da çapıq izləri qalır ki, həmin yerlərdə tüklərin kökü məhv olur. Bu hallarda da saç əkiminə müraciət edirlər.

Tüklər başın arxa və yan tərəflərindən götürülür

Saç əkimi - insanın başında, həmçinin də bığ, saqqal, qaş, bakenbard və kirpiyində tüklərin bərpasıdır. Bu cür əməliyyat ağrısız, fəsadsız, yerli anesteziya ilə və ambulator şəraitdə aparılır. Tüklər başın arxa və yan tərəflərindən xüsusi alət vasitəsilə götürülür. Dünya standartlarına əsasən, əkilən tükün 90%-i tutur. Yəni əkilən 10 tükdən ən azı 9-u kök atmalıdır. Eyni zamanda, əkilən tüklərin sıxlığı təbii tükün 70-80%-nə çatmalıdır. Nəzərə almaq lazımdır ki, insanın baş nahiyəsinin hər bir kvadratsantimetrində 300-ə yaxın tük var. Bunu da bilmək vacibdir ki, başqa adamın tüklərini orqanizm qəbul etmir. Əgər kifayət qədər donor tük olsa, onların əkilməyini bir neçə dəfə də həyata keçirmək olar. Əkilən folikullardan 2-3 aydan sonra yeni tüklər çıxmağa başlayır. Saç əkiminin əsas nəticəsi real olaraq bir ildən sonra görünür. O vaxta qalan tüklər ömürlük olur.

Bu xəstəliyi olanlara saç əkimi məsləhət görülmür

Dünyada, əsasən, şəkərli diabet xəstələyindən əziyyət çəkənlərə saç əkimi etmək məsləhət görülmür. Bundan başqa ürək xəstəlikləri olan, həmçinin ürək əməliyyatı keçirmiş adamlara da bu proseduru etmək uyğun deyil. Ümumiyyətlə, prosedur təxminən 6-8 saat çəkir. Spirtli içki qəbul edən və siqaret çəkən adamlarda əməliyyat vaxtı qanaxmanın çox olması ehtimalı prosedurun vaxtının 9-10 saata qədər uzanmasına səbəb ola bilər. Tük əkilən nahiyənin ölçüsü də əməliyyatın vaxtına təsir edir. Ümumən götürsək, bütün bunlar bir gün vaxt alır. Sarıq səhəri gün açılır, saçlar klinikadaca yuyulur. Bundan sonra pasiyent heç bir ağrısız, narahatlıqsız gündəlik həyatına qayıda bilir.

Saç tökülmənin dərəcəsi nəzərə alınmalıdır

Trixoloq Cəmilə Əsgərova deyir ki, saç əkiminə əvvəlcə göstəriş lazımdır: "Yəni saç əkiminə saçın tökülmə dərəcəsinə görə qərar verilə bilər. Birinci və ikinci dərəcəli tökümdə, əslində, əkim bir az tez hesab olunur. İkincidən üçüncüyə keçid dövründə və üç, dörd, beşinci dərəcələrdə saç əkimi edilə bilər. Yanmış dəri, çapıq üzərində, alın böyükdürsə, alnı kiçiltmək məqsədilə, saqqal və bığ nahiyələrində hər hansı bir patologiya ilə bağlı tük çıxmırsa, saç əkimi etmək mümkündür. 20-60 yaş arası bütün sağlam insanlar saç əkdirə bilərlər. Amma saçın tökülmə dərəcəsi altı-yeddidirsə, donor bölgə çox az və saç əkiləcək bölgə çox böyükdürsə, saç əkimi uğurlu alınmır. Ona görə də əkilmədən öncə saçın tökülmə dərəcəsi mütləq şəkildə nəzərə alınmalıdır".

Ən yaxşı saç əkimi üsulu

Həkim deyir ki, saç əkiminin iki üsulu var: "Saç əkimi tikişli və tikişsiz üsullarla həyata keçirilir. Birinci üsul, yəni saç folikullarının tək-tək donor bölgədən çıxarıb lazım olan yerə köçürülüməsidir. İkinci üsulda isə donor bölgəsindən kiçik bir nahiyədən qraftlar - dəri loskutu çıxarılır və həmin nahiyəyə tikiş qoyulur. Sonra loskutdan qraftlar ayrılaraq dəriyə köçürülür. Bu üsul hazırda çox nadir hallarda istifadə olunur. Bundan ötrü xüsusi göstərişlər var. Son 15-20 ildə daha çox birinci üsula üstünlük verilir. Deyərdim ki, ən fəsadsız, problemsiz üsul məhz budur. Mən də pasiyentlərə bu üsulu məsləhət görürəm".

Əksər hallarda əkilən saçlar tökülmür

"Əkilən saçlar bir qayda olaraq tökülmür", - deyir Cəmilə xanım: "Sadəcə, əkim nahiyəsində pasiyentin tökülməyən saçlarında tökülmə davam edə bilər. Amma əkilən saçlar ömürlük qalacaq. Çünki donor üçün tüklər başın arxa nahiyəsindən götürülür və androgenlər həmin bölgəyə təsir etmədiyinə görə oradan çıxarılan saçlara da təsir etmir. Onlar daimi qalırlar". Tökülmə mərhələsində əkilən saçlar əvvəlcə tökülür, iki-üç aydan sonra yenidən çıxır və ömürlük qalır. Yəni buna görə narahat olmağa dəyməz.

Məlumat üçün qeyd edək ki, hazırda şəhərimizin bir çox klinikalarında saç əkimi proseduru həyata keçirilir. Metod fərqinə və əkiləcək saç nahiyəsinin böyüklüyünə görə qiymətlər təxminən 1000-2000 manat arasında dəyişir. ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1010   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)

Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 40 ünvanında fəaliyyət göstərən "ELMA" restoranından sakinlər şikayətçidir. "Real Azərbaycan" xəbər verir ki, İmran Qasımov küçəsi 10 ünvanında yaşayan sakinlər restoran ərazisindən gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsində

18 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini

18 sentyabr