İlham Əliyev və İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyevə həsr edilmiş sərgidə olublar - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – "Firavanlığın memarı" adlı fotosərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.
Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "The Architect of Prosperity" – "Firavanlığın memarı" adlı fotosərgi ilə tanış olublar.
Bu barədə AZƏRTAC məlumat yayıb.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb