Hadrutun işğaldan azad olunmasından 3 il ötür

Hadrutun işğaldan azad olunmasından 3 il ötürBu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. "Report" xatırladır ki, qəsəbənin düşməndən təmizlənməsindən üç il ötür.

Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sur kəndləri də düşmən işğalından azad olunub.

Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.

Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.

Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub.

Bundan sonra Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.

2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.

Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: "İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi".

Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Artıq Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

Xatırladaq ki, bu ilin mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsinə səfər ediblər. Səfər zamanı Prezident və birinci xanım Hadrutda 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanış olublar.

Elə həmin gün dövlət başçısı və xanımı Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. İlk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 744   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr