Ordumuz "Ağ atlı oğlan"a necə dəstək oldu? - ARAŞDIRMA + VİDEO
Birinci Qarabağ müharibəsi mövzusunda çəkilmiş və ümidlə dolu olan filmlərimizdən biri də 1995-ci ildə ekran üzü görmüş "Ağ atlı oğlan" filmidir. "Ağ atlı oğlan"ın rejissoru olan Ənvər Əbluc ssenarini İsi Məlikzadə ilə birlikdə yazıb.
"İsi Məlikzadə həm gözəl insan, həm də gözəl yazıçı idi. Ssenarini özüm yazacaqdım, amma dedilər ki, olmaz, tək yazmayım. Mən də İsa Məlikzadəyə zəng etdim. Dedim ki, İsa, mənimlə bu ssenarini yazmağa vaxtın var? "Əlbəttə", - dedi. Beləliklə, yaxşı ssenari ortaya çıxdı", - Ənvər Əbluc deyib.
Film Qarabağın azadlığı uğrunda erməni qoşunlarına qarşı aparılan müharibədə məktəbli oğlanın qəhrəmanlığından bəhs edir. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12 yaşlı Muraddır. Cəbhə bölgəsinə yaxın kənddə yaşayan Murad qardaşı Rəşadla birlikdə nənəsinin himayəsində böyüyüb, atasının isə Bakıda öz ailəsi var. Şəhid dəfni Murada çox pis təsir edir. Anasını itirmiş Murad Vətənini qorumaq üçün gizlincə cəbhə bölgəsinə gedir.
Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər