"Erməniləri Qarabağa qaytarmaq üçün Azərbaycanın xüsusi bir addım atmasına ehtiyac yoxdur" - Deputat
İstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Azərbaycanın Qarabağda keçirtdiyi son antiterror əməliyyatından sonra Qarabağın sakinləri oranı tərk etdilər. Azərbaycan vətəndaşlığı qəbul edəcəkləri təqdirdə Qarabağ ermənilərinin hüquqlarını qoruyacağını bildirir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a bildirib ki, erməniləri Qarabağa geri qaytarmaq üçün Azərbaycan xüsusi bir addım atmamalıdır. Çünki Azərbaycan dəfələrlə bildirib ki, tarixən Qarabağda yaşayan ermənilər orada qala bilərlər.
"Bu gün ermənilərin Azərbaycandan getməsi ilə bağlı Azərbaycan heç bir addım atmayıb. Çünki bu Ermənistanın hazırki hakimiyəətinin növbəti cinayətkar addımıdır. Onlar Azərbaycana təzyiqləri artırmağa çalışırlar. Biz hesab edirik ki, tarixən bu ərazilərdə yaşamış, 90-cı illərə qədər burda yaşayan ermənilər qayıda bilərlər. Qayıtmalarında heç bir problem yoxdur. Amma Azərbaycanın bununla bağlı xüsusi cəhd göstərməsinə ehtiyac yoxdur. Azərbaycan elan edib ki, reinteqrasiyaya hazırdır. Ermənilərin buradan çıxmasına ehtiyac yoxdur. Ermənilərin Qarabağdan çıxması hazırki Ermənistan hakimiyyətinin planı və məqsədidir. Azərbaycanın yanaşması dəfələrlə bildirilib. Bizim xüsusi bir addım atmağımıza ehtiyac yoxdur. Biz dəfərlərlə mövqeimizi bildirmişik ki, həqiqi sakinlər qalıb yaşaya bilərlər" ,- deyə deputat əlavə edib.
Qeyd edək ki, erməni mətbuatı 100000-ə yaxın erməninin Qarabağı tərk etdiyini bildirib.
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb