18 bal cəriməsi olan vəzifəli şəxs "Land Cruiser"lə qırmızı işıqda keçdi - Saxlanıldı
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov polis tərəfindən saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, federasiya rəhbərinin saxlanılmasına səbəb idarə etdiyi "Toyota Land Cruiser" avtomobili ilə yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və polisin ünvanına nəlayiq ifadələr işlətməsi olub.
Federasiya prezidenti 7 oktyabr 2023-cü il tarixində avtomobili saxlanılan zaman Dövlət Yol Polisi əməkdaşlarını təhqir edib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlədib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Cəsarət Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə göndərilib.
Federasiya prezidenti məhkəmə iclasında özünü qismən təqsirli bilərək deyib ki, DYP əməkdaşı tərəfindən saxlanılıb, ona işıqforun qırmızı işığında keçdiyi bildirilib. Həmçinin polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğu üçün 18 balının olduğunu, indi də 3 bal cərimə tətbiq edildiyi üçün sürücülük hüququnun məhdudlaşdırıldığını deyib.
Federasiya prezidenti 12 balı olduğunu və dəfn mərasimindən gəldiyini, psixoloji durumunun yaxşı olmadığını DYP əməkdaşlarına bildirib və buraxmasını xahiş edib. Lakin polis əməkdaşı onu buraxmayıb, avtomobilinin duracağa aparılmalı olmasını deyib, o da əsəbləşərək, DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib. Hadisə yerinə 14-cü polis bölməsindən əməkdaşları çağırılıb və məcburi şəkildə bölməyə aparılıb.
Təqsirləndirilən şəxs əsəbi olduğu üçün nalayiq ifadə işlətdiyi yol polisi əməkdaşlarından üzr istəyib və tutduğu əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Cəsarət Əhmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilib.
Özü ifadəsində etiraf etsə də, onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6949 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr