Azərbaycanda dörd manata satılan "kərə yağı" necə hazırlanır? - HƏYƏCAN TƏBİLİ

Azərbaycanda dörd manata satılan "kərə yağı" necə hazırlanır? - HƏYƏCAN TƏBİLİAzərbaycanın müxtəlif bölgələrində xalis kərə yağı adı altında saxta yağlar satılır.

Baku.ws xəbər verir ki, bu yağların bir kiloqramının qiyməti 4 manat 30 qəpikdir.

Hətta onların daha çox Gəncə və Bərdədən gətirildiyi də deyilir. Hazırda marketlərdə xalis kərə yağının bir kiloqramına olan qiymət 18-20 manat aralığında satılır. Qiymət fərqinin bu qədər kəskin olmasına baxmayaraq, insanlar hələ də dörd manatlıq məhsulu alaraq aldanırlar. İddia edilir ki, ucuz yağlar əsasən heyvan içalatındakı yağlardan hazırlanır. İstehlaka yararsız olan, qiyməti ucuz və əksər vaxtlarda satışa belə çıxarılmayan heyvan içlikləri qatıqla qaynadılaraq "kərə yağı"na çevrilir. Bu da bazarlara "kərə yağı" adı ilə çıxarılır.

Məsələ ilə bağlı mütəxəssisə müraciət etdik. Qida eksperti Ağa Salamov bildirib ki, belə yağlar insan orqanizminin, xüsusən də ürək, qan-damar sisteminin bir nömrəli düşmənidir:

"Belə məhsulların trans yağlardan heç bir fərqi yoxdur. Heyvan içliklərinin maliyyəti olduqca aşağıdır. Məntiqlə də düşündükdə anlamaq olur ki, xalis yağ əldə etmək bu qədər ucuz olmamaldır. Sənayedə heyvan piylərindən istifadə edilmir. Ehtimal olunur ki, bu yağı kustar üsulla əldə edirlər. Belə saxta yağları ilıq suya atdıqda suda toparlanır. Beləcə yağın xalis olub-olmadığı aydın olur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, proses uzun illərdir ki davam edir - bazarlarda üzərində barmaq izləri olan yağlar "kərə yağı" adı ilə ucuz qiymətə satılır.

Bu məhsulların əldə edilmə üsulu belədir:

"Təzə südü sərəndə ondan qaymaq əmələ gəlir. Daha sonra qaymaq yığılır, altında qalan südə isə "üzsüz süd" deyirlər. Onun 94%-i sudur. Həmin südün üzərinə ucuz bitki yağlarını qarışdırıb qaynadırlar. Nə qədər qaynatsalar da, südlə su qarışmır. Bundan sonra onu xüsusi cihaza tökürlər. Bu cihaz süd və su molekullarını bir-birini nüfuz etdirir. Ortaya yağlı süd çıxır. Həmin süddən qaymaq əldə edilir və "kərə yağı" hazırlanır. Bu yağın bitki tərkibli olub-olmamasını heç laboratoriya da araşdıra bilmir. Çünki tərkibinə baxıldıqda süd turşularına rast gəlinir. Bu cür yağlar ölkənin hər yerində, ən çox da məhəllə marketlərində satılır".

Görünən odur ki, ucuz və keyfiyyətli məhsul arayışı bu dəfə də riskli vəziyyətə yol açıb. Nəzərə alsaq ki, yağlı yeməklər milli mətbəximizin vazkeçilməzidir, üstəlik ölkəmizdə səhər yeməyində kərə yağından geniş istifadə olunur, bu da təhlükənin miqyasını daha da böyüdür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5657   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr